Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 330 manat müəyyən edilib. Artımlar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün tələb olunan sənəd: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Böyük Vətən müharibəsi iştirakçısı vəsiqəsinin surəti və ya Böyük Vətən müharibəsi iştirakçısı olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin arayışı; “Leninqradın müdafiəsinə görə” medalının və ya “Leninqrad mühasirəsində yaşayan” döş nişanının vəsiqəsi