ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2002-ci il 715 nömrəli Fərmanında edilmiş dəyişikliyə əsasən təqaüdün aylıq məbləği 1700 (min yeddi yüz) manat müəyyən edilib. Artımlar 2025-ci il iyulun 1-dən  tətbiq edilir. Tələb olunan sənədlər: Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; Fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti; Bank hesabının nömrəsi barədə arayış