ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

20 Yanvar şəhidinin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

“20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il 350 nömrəli Fərmanına edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 700 manat  müəyyən edilib. Artımlar 2025-ci il iyulun 1-dən  tətbiq edilir. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; “20 Yanvar şəhidi” fəxri adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti; Şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti; Şəxslərin 20 Yanvar şəhidinin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (20 Yanvar şəhidinin övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə 20 Yanvar şəhidinin doğum haqqında şəhadətnaməsinin, habelə 20 Yanvar şəhidinin vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti; Şəhidin dul arvadının (ərinin) şəhidlə nikahı haqqında şəhadətnamə; 20 Yanvar şəhidinin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı; 20 Yanvar şəhidinin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) uşaq evində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.