ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilinəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 700 manat  müəyyən edilib. Artımlar 2025-ci il iyulun 1-dən  tətbiq edilir. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Şəhid statusunu təsdiq edən sənədin surəti; Şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti; Şəxslərin şəhidin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (şəhidin övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə şəhidin doğum haqqında şəhadətnaməsinin, habelə şəhidin vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti; Şəhidin dul arvadının (ərinin) şəhidlə nikahı haqqında şəhadətnamə; Şəhidin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;  Şəhidin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) uşaq evində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.