ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 2020-ci il 30 dekabr 1226 nömrəli Fərmanında  edilmiş dəyişikliyə əsasən təqaüdün aylıq məbləği 2200 manat müəyyən edilib. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti; Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı”nın ölüm haqqında şəhadətnaməsinin surəti (həmin ad şəxsin ölümündən sonra verildikdə və ya şəxs sonradan vəfat etdikdə); Şəxslərin Vətən Müharibəsi Qəhrəmanının təqaüdü almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (Vətən Müharibəsi Qəhrəmanının övladlarına və  uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə Vətən Müharibəsi Qəhrəmanının doğum haqqında şəhadətnaməsinin, habelə Vətən Müharibəsi Qəhrəmanının vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti; Vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı”nın dul arvadının (ərinin) Vətən Müharibəsi Qəhrəmanı ilə nikahı haqqında şəhadətnamə; Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı; Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.