“Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında edilmiş dəyişikliyə əsasən təqaüdün aylıq məbləği 120 manat müəyyən edilib. Artımlar 2025-ci il iyulun 1-dən tətbiq edilir. Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd; 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslə qohumluq əlaqəsi olmayan şəxsə münasibətdə qəyyum (himayəçi) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti.