Sosial Xidmətlər Agentliyinin tabeliyində 5 Sosial Xidmət Mərkəzi fəaliyyət göstərir. Bunlara Abşeron Sosial Xidmət Mərkəzi, Sabunçu Sosial Xidmət Mərkəzi, Nərimanov Sosial Xidmət Mərkəzi, Yasamal Sosial Xidmət Mərkəzi və Sumqayıt Sosial Xidmət Kabineti daxildir. Mərkəzlərin əsas vəzifəsi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) cəmiyyətin həyatında digər şəxslərlə bərabər iştirak etməsinə imkan yaradılması üçün sosial-reabilitasiya xidmətlərini həyata keçirməkdir. Göstərilən xidmətlərə sosial-psixoloji maarifləndirmə, sosial-pedaqoji fəaliyyət, psixoloji xidmətlər: konsultasiya, korreksiya, psixoterapiya, loqopedik müayinə və korreksiya, aktiv terapiya və s. aiddir.
Ünvanlar:
Abşeron Sosial Xidmət Mərkəzi: Abşeron rayonu, H.Əliyev prospekti 235
Sabunçu Sosial Xidmət Mərkəzi: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 3
Nərimanov Sosial Xidmət Mərkəzi: Nərimanov rayonu, Aşıq Alı 7/19
Yasamal Sosial Xidmət Mərkəzi: Həsənbəy Zərdabi prospekti 87A
Sumqayıt Sosial Xidmət Kabineti: Sumqayıt şəhəri, 9-cu mkr, Zülfi Hacıyev 266