Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 3 günərzi qayğı mərkəzi daimi fəaliyyət göstərir.
Bu mərkəzlərdə qeyd olunan kateqoriyadan olan uşaqlar bir sıra sosial-reabilitasiya xidmətlərinə cəlb olunurlar.
Günərzi qayğı mərkəzlərində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin psixo-sosial reabilitasiyası, fərdi və qrup işlərinə cəlb olunması, idman, rəqs, musiqi və digər məşğələlərə, müxtəlif tədbirlərə qoşulmaları, həmçinin valideynlər üçün valideynlik bacarıqlarının artırılması üzrə təlim proqramlarının təşkili və digər xidmətlər göstərilir.
Bu mərkəzlərin xidmətlərindən yararlanmaq üçün Sosial Xidmətlər Agentliyinə və Agentliyin müvafiq filiallarına müraciət etmək mümkündür.
Ünvan: Abşeron rayonu Saray qəsəbəsi
Ünvan: Pirallahı rayonu Səməd Vurğun küçəsi
Ünvan: Xəzər rayonu Mərdəkan qəsəbəsi