1.1. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası, himayədar ailə və övladlığagötürmə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Nazirlik fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.
1.5. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Nazirliyin adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.6. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Nazirlik Bakı şəhərində yerləşir.
2.1. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya və əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, habelə dövlət icbari şəxsi sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin edir;
2.1.1-1. himayədar ailə və övladlığagötürmə sahələrində dövlət siyasətini və dövlət tənzimləməsini həyata keçirir;
2.1.2. aidiyyəti dövlət orqanları ilə birlikdə əmək miqrasiyası sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində qanunvericiliyə uyğun olaraq iştirak edir;
2.1.3. tibbi-sosial ekspertizanın, əlilliyi olan şəxslərin reabilitasiyasının və sosial müdafiəsinin təşkil edilməsi üzrə müvafiq tədbirləri həyata keçirir;
2.1.4. öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikasının, insan alveri qurbanlarının sosial reabilitasiyasının və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının həyata keçirilməsini təmin edir;
2.1.5. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təmin edir;
2.1.6. öz səlahiyyətləri daxilində əmək münasibətləri, əhalinin məşğulluğu, demoqrafiya və əhalinin sosial müdafiəsi sahələrinin inkişafını təmin edir;
2.1.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır:
3.1.1. əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta və sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, dövlət icbari şəxsi sığorta, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə qanunvericiliyin tətbiqini təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində zəruri olan təlimatlar, əsasnamələr, qaydalar və digər normativ hüquqi aktlar qəbul etmək;
3.1.2. öz səlahiyyətləri daxilində əməyin ödənilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi sahələrində mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək, habelə işəgötürənlərə əməyin təşkili, ödənilməsi və mühafizəsi işinin təşkilində köməklik göstərmək;
3.1.3. öz səlahiyyətləri daxilində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə fəaliyyətlərinə dövlət nəzarətini həyata keçirmək, onların Azərbaycan Respublikasının əmək qanunvericiliyə zidd olan əmr, sərəncam və qərarlarının tətbiqini dayandırmaq, onların ləğv edilməsi barədə göstəriş vermək, təqsirkar şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək və zəruri nallarda digər məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırmaq;
3.1.4. müəssisələrdə əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyati üçün təhlükə törədən işin və ya istehsal vasitələrinin istismarının, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşanadək, qanunvericiliklə müəyyən edilmiş. qaydada dayandırılması ilə bağlı tədbirlər görmək;
3.1.5. öz səlahiyyətləri daxilində yeni və yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsal vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsini təmin etmək;
3.1.6. öz səlahiyyətləri daxilində yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin istismara buraxılmasına razılıq vermək;
3.1.7. öz səlahiyyətləri daxilində əmək miqrasiyası sahəsində digər dövlət və qeyri-dövlət strukturlarının fəaliyyətini əlaqələndirmək;
3.1.8 fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.1.9. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
3.1.9-1. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin fəaliyyətini və əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin bu sistem vasitəsilə həyata keçirilməsini təmin etmək;
3.1.10. Nazirliyin sisteminə daxil olan qurumların işçilərinin əmək şəraitinin, maddi və sosial-məişət təminatının yaxşılaşdırılması barədə təkliflər vermək və müvafiq tədbirlər həyata keçirmək;
3.1.11. öz səlahiyyətləri daxilində əmək münasibətlərini tənzimləmək və sosial əməkdaşlığın normativ hüquqi bazasını inkişaf etdirmək;
3.1.12. kollektiv müqavilələrin və sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək və onların uçotunu aparmaq;
3.1.13. əməyin ödənilməsi və tarif sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
3.1.14. büdcədən maliyyələşdirilən təşkilatlarda çalışan işçilərin, о cümlədən hərbi qulluqçuların və xüsusi rütbəli .şəxslərin əməyinin ödənilməsi sistemləri, növləri və məbləğləri üzrə təkliflər vermək;
3.1.15. əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə artımlarla (əmsallarla) ödənilməsinə nəzarəti həyata keçirmək;
3.1.16. əmək münasibətləri üzrə sahə və sahələrarası standartları, normalan müəyyən edən normativ hüquqi aktlara riayət olunmasına nəzarəti həyata keçirmək;
3.1.17. əmək şəraiti nəzərə alınmaqla mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların işçiləri tərəfindən xüsusi geyim və digər fərdi və kollektiv mühafizə vasitələrindən istifadə olunmasına nəzarəti həyata keçirmək;
3.1.18. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
3.1.19. qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin qarşısını almaq üçün səlahiyyətləri daxilində tədbirlər görmək;
3.1.19-1. Nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədilə “e-sosial” internet portalının fəaliyyətini təmin etmək;
3.1.19-2. hər il növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimini və iş vaxtının normasını müəyyən etmək;
3.1.20. əməyin mühafizəsi üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
3.1.21. öz səlahiyyətləri daxilində istehsalatda baş verən bədbəxt hadisələrin istehsalatla bağlılığının araşdırılmasını və uçotunun aparılmasını təmin etmək;
3.1.22. qanunvericiliyə uyğun olaraq istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətini həyata keçirmək, istehsalatda bas verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyən etmək;
3.1.23. demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsi işini əlaqələndirmək;
3.1.24. əmək, məşğulluq, sosial müdafiə və demoqrafiya məsələləri üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətlərinə uyğun sahələrdə elmi-texniki nailiyyətlərinin tətbiq edilməsini təmin etmək;
3.1.24-1. insan kapitalını inkişaf etdirmək, məşğulluğu təmin etmək və keyfiyyətli əmək bazarı formalaşdırmaq məqsədilə ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırmaq, bu istiqamətdə analitik və metodik materiallar hazırlamaq;
3.1.25. əmək bazarındakı vəziyyəti öyrənməklə, işçi qüvvəsinə olan tələb və təklifləri təhlil etmək, əmək bazarının inkişafına dair proqnozlar hazırlamaq;
3.1.25-1. sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsi və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməsini təmin etmək;
3.1.25-2. sosial sığortanın, dövlət icbari şəxsi sığortanın və işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək; 3.1.26. işaxtaran və işsiz şəxslərin sosial müdafiəsini təmin etmək, onların işə düzəlməsinə köməklik göstərmək,aktiv məşğulluq tədbirlərinəcəlb olunmasını təşkil etmək;
3.1.27. qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlarla birlikdə ərazi və dövlət məşğulluq proqramlarını hazırlamaq və öz səlahiyyətləri daxilində həyata keçirilməsini təmin etmək;
3.1.27-1. peşə standartlarının hazırlanmasını, təsdiqini və tətbiqini təmin etmək;
3.1.27-2. yaşlılar üçün (məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərə münasibətdə) peşə təlimini və ixtisasartırmanı təmin etmək.
3.1.28. aidiyyəti qurumların iştirakı ilə əhalinin həyat səviyyəsini öyrənmək, təhlil etmək və qiymətləndirmək, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
3.1.28-1. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcə layihələrinin hazırlanmasını və təsdiq olunmuş büdcənin icrasını təmin etmək;
3.1.28-2. məcburi dövlət sosial sığorta, dövlət icbari şəxsi sığorta və işsizlikdən sığorta sahələrində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirmək;
3.1.28-3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək;
3.1.28-4. əmək pensiyalarının, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində göstərilən tədbirlərin və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin vaxtında maliyyələşdirilməsini təmin etmək;
3.1.28-5. dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsini təmin etmək; 3.1.28-6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən sığortaedənlər və sığortaolunanlar barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanılmasını və mühafizəsini təmin etmək;
3.1.28-7. dövlət icbari şəxsi sığorta vəsaitinin xüsusi xəzinə hesabında toplanmasını və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürülməsini təmin etmək;
3.1.29. minimum əməkhaqqı məbləğinin, ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi, əmək pensiyalarının, sosial müavinətlərin məbləğlərinin inflyasiya səviyyəsindən asılı olaraq indeksləşdirilməsi üzrə təkliflər vermək;
3.1.30. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə müvafiq tələbatın ödənilməsini təmin etmək;
3.1.31. qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək;
3.1.32. ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmənin aparılmasını təmin etmək;
3.1.33. aidiyyəti qurumlarla birlikdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində proqnozların hazırlanmasında iştirak etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
3.1.34. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən sosial müavinətlərin, kompensasiyaların, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün qanunvericiliyə uyğun olaraq təyin edilməsi və ödənilməsini təmin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına tibb, sosial-məişət xidməti, sanatoriya-kurort müalicəsi, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri ilə təmin olunması üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;
3.1.35. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş təqaüdlərin ödənilməsini təşkil etmək; 3.1.36. sosial sığorta, dövlət icbari şəxsi sığorta, işsizlikdən sığorta, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və kompensasiyalar sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
3.1.37. əmək pensiyaları, sosial müavinətlər, kompensasiyalar, ünvanlı dövlət sosial yardımı və ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə bağlı statistik hesabatlar hazırlamaq;
3.1.37-1.Nazirliyin tabeliyindəDövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası haqqında və işsizlikdən sığorta fondunun büdcəsi haqqında hesabatın təqdim olunmasını təmin etmək;
3.1.38. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
3.1.39. öz səlahiyyətləri daxilində digər icra hakimiyyəti orqanlarının Nazirliyin fəaliyyət istiqamətlərinə aid sahələrlə bağlı fəaliyyətini əlaqələndirmək;
3.1.40. əmək miqrasiyası proseslərinin tənzimlənməsi üzrə təkliflər hazırlamaq;
3.1.41. yerli əmək ehtiyatlarından daha geniş və səmərəli istifadə olunmasına şərait yaratmaqla, əcnəbi işçilərin isə cəlb olunmasını öz səlahiyyətləri daxilində tənzimləmək;
3.1.42. əməkçi miqrantların sosial müdafiəsi üçün zəruri şəraitin yaradılması işlərini müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə həyata keçirmək;
3.1.42-1. işəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti həyata keçirmək;
3.1.43. öz səlahiyyətləri daxilində qeyri-leqal əmək miqrasiyasının qarşısını almaq üçün aidiyyəti orqanlarla birlikdə tədbirlər hazırlamaq və həyata keçirmək;
3.1.44. Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və onların müddətinin uzadılması ilə bağlı işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması barədə rəy vermək;
3.1.45. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsini təmin etmək;
3.1.46. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şəxslər tərəfindən həmin fəaliyyətin həyata keçirilməsi məqsədilə xarici ölkələrin hüquqi və ya fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilələri təsdiq etmək;
3.1.46-1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu sahədəki fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
3.1.47. əmək pensiyası təminatı sahəsində dövlət siyasətinin formalaşdırılmasında və əmək pensiyaları haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlamasında iştirak etmək;
3.1.48. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
3.1.49. tibbi sosial ekspertizanı, öz səlahiyyətləri daxilində əlilliyi olan şəxslərin reabilitasiyasını və sosial müdafiəsini təşkil etmək, əlilliyi olan şəxsləri protez-ortopediya məmulatları, əlilliyi olan şəxslər üçün arabalar və digər reabilitasiya vasitələri ilə təmin etmək;
3.1.50. qanunvericiliyə uyğun olaraq əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində xüsusi proqramlar hazırlamaq və həyata keçirmək;
3.1.50-1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun
30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək;
3.1.51. əlilliyi olan şəxslərin reabilitasiyasının gücləndirilməsi məqsədi ilə əlilliyi olan şəxslərin bərpa mərkəzləri şəbəkəsinin işini təkmilləşdirilmək və mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının müxtəlif regionlarında yeni reabilitasiya mərkəzlərinin yaradılmasını təmin etmək;
3.1.52. əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə, əlilliyi olan şəxslərin reyestrini elektron formada aparmaq;
3.1.53. istedadlı əlilliyi olan şəxslər arasında tətbiqi sənət, incəsənət, musiqi, bədən tərbiyəsi və idman sahələrində aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlərin keçirilməsini təşkil etmək;
3.1.54. Azərbaycan Respublikasında fəaliyyət göstərən əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları ilə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əməkdaşlıq etmək;
3.1.55. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirmək, həmin şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri barəsində aidiyyəti qurumlarla birlikdə fərdi profilaktik işi təşkil etmək;
3.1.55-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;
3.1.55-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlamaq;
3.1.56. öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərin fəaliyyətinə nəzarət etmək, eləcə də həmin müəssisə və xidmətlər şəbəkəsinin inkişafı üçün tədbirlər görmək;
3.1.57. yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmətlər göstərən müəssisə və xidmətlərin fəaliyyətinə sosial reabilitasiyanın müasir metod və texnologiyalarının tətbiqində köməklik göstərmək;
3.1.57-1. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin), habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunu elektron qaydada aparmaq;
3.1.57-2. övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək;
3.1.57-3. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini təmin etmək;
3.1.57-4. övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək;
3.1.57-5. övladlığagötürmənin ləğvi ilə bağlı tədbirlər görülməsini təmin etmək;
3.1.57-6. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar verilməsini təmin etmək;
3.1.57-7. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etmək;
3.1.57-8. valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsini, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanmasını təmin etmək;
3.1.57-9. himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarının həyata keçirilməsini təmin etmək;
3.1.58. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə caza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, caza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirmək;
3.1.59. qanunvericiliyə uyğun olaraq insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirləri həyata keçirmək, bu məqsədlə insan alveri qurbanlarına yardım mərkəzlərini yaratmaq və öz səlahiyyətləri daxilində həmin mərkəzlərin fəaliyyətinə nəzarət etmək;
3.1.60. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraitində olan şəxslərə (ailələrə) və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə (ailələrə), habelə Nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan bu kateqoriyadan olan şəxslərə sosial xidmət göstərilməsini təşkil etmək, müvafiq sosial xidmətlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə tədbirlər görmək və bu sahədə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək;
3.1.61. vətəndaşların qəbulunu təşkil etmək, daxil olmuş ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək, о cümlədən internet saytı vasitəsilə cavablandırmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;
3.1.62. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
3.1.63. informasiya təminatını və məsləhət işini təşkil etmək məqsədi ilə müvafiq tədbirlər görmək, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında öz səlahiyyətləri daxilində məlumatları (arayışları) təqdim etmək;
3.1.64. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.65. Nazirlik sisteminə daxil olan qurumlarda maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar müvafiq tədbirlər görmək;
3.1.66. Nazirliyin fəaliyyəti sahələrinə ayrılan büdcə vəsaitlərindən, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək və qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində həmin vəsaitlərdən istifadəyə nəzarət etmək; 3.1.67. Nazirliyin arxiv sənədlərinin müəyyən olunmuş qaydada mühafizəsini təmin etmək;
3.1.68. bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Nazirliyin sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işini təşkil etmək;
3.1.69. Nazirliyin işçilərinin fəaliyyətini və peşə hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər gömək, Nazirlik sistemində peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.1.70. Nazirliyin səlahiyyətinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş uçot sistemlərini təşkil etmək, statistik hesabatlan aparmaq;
3.1.71. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4.1 Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Nazirliyin fəaliyyət istiqamətlərinə aid olan normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
4.1.2. Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.3. əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta, əmək miqrasiyası, sosial sığorta, dövlət icbari şəxsi sığorta, əmək pensiyaları, sosial müavinətlər və əhalinin sosial müdafiəsinin digər sahələri üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxmasının məqsədəuyğunluğu bərədə təkliflər vermək;
4.1.3-1. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsi ilə bağlı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirmək;
4.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı Azərbaycan Respublikası tərəfindən beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatların hazırlanmasında iştirak etmək;
4.1.5. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.1.6. beynəlxalq təşkilatlar və xarici dövlət təşkilatlan ilə, assosiasiyalarla, xarici şirkətlərlə əmək miqrasiyası sahəsində əməkdaşlıq məsələlərinə dair müəyyən olunmuş qaydada məsləhətləşmələr və danışıqlar aparmaq;
4.1.7. bu məqsədlər ucun nəzərdə tutulmuş vəsaitlər dairəsində müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.1.8. bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə, xüsusi bülletenlər buraxmaq, nəşriyyat-poliqrafiya fəaliyyətini həyata keçirmək;
4.1.9. qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;
4.1.10. bu məqsədlər ucun nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliyə uyğun olaraq Nazirliyin ehtiyacları ucun əsaslı tikinti aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;
4.1.11. kollektiv müqavilələrin və sazişlərin hazırlanmasına köməklik göstərmək;
4.1.12. Nazirlik sistemi üzrə fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək, bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində elmi tədqiqat işlərinin aparılmasını təmin etmək;
4.1.12-1. tabeliyində olan qurumlar vasitəsilə sığortaedənlər tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat vermək;
4.1.12-2. işəgötürənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünün yoxlanılmasını və fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslər barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərinin tətbiqini təmin etmək;
4.1.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5.1. Nazirliyin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Nazirliyin strukturu, aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra - nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini vardır. Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Nazir:
5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. nazir müavinləri arasında vəzifə bölgüsünü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (əsasnamələri (nizamnamələri) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edir;
5.5.3-1. bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olan qurumların, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;
5.5.4. Nazirliyin Aparatının, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların işinin əlaqələndirilməsini təmin edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.5-1-ci yarımbəndi nəzərə alınmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisati daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.5-1. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməkhaqları daxilində tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin və ayrılmış büdcə təxsisatı çərçivəsində xərclər smetasının təsdiq edilməsinə razılıq verir;
5.5.6. Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.6-1. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir;
5.5.7. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
5.5.8. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.9. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumları ilə münasibətlərdə Nazirliyi təmsil edir, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;
5.5.10. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;
5.5.11. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.6. Nazir öz vəzifələrinin icrasını müvəqqəti olaraq müavinlərindən birinə tapşıra bilər.
5.7. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə nazir tərəfindən təsdiq edilir.
5.8. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Nazirliyin kollegiyası yaradılır. Zəruri hallarda Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər da daxil edilə bilər.
5.9. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.10. Nazirliyin kollegiyasının iclaslarında Nazirliyin fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə edilir, digər mühüm məsələlərə baxılır və müvafiq qararlar qəbul edilir.
5.11. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.
5.12. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
5.13. Nazirliyin kollegiyasının iclasları nazir tərəfindən çağırılır.
5.14. Nazirliyin kollegiyasının iş qaydasını nazir müəyyənləşdirir.
5.15. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.16. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.