Baş Kollektiv Saziş Azərbaycan Respublikasının Nazirlər Kabineti, işçilərin ali nümayəndəli orqanı olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və işəgötürənlərin ali nümayəndəli orqanı olan Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası arasında bağlanılır. Saziş respublikada aparılan iqtisadi siyasəti, əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları, sosial müdafiənin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik, sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi və nəzarət edilən əsas sosial-iqtisadi göstəricilər üzrə öhdəlikləri özündə əks etdirir.