Sosial Xidmətlər Agentliyinin tabeliyində 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrə psixonevroloji sosial xidmət müəssisələri, Ahıllar evi, uşaq evləri, sığınacaq, Peşə-əmək Reabilitasiya Mərkəzi və s. daxildir.
Müəssisələrin əsas vəzifəsi əlilliyi olan şəxsləri qəbul edərək münasib yaşayış şəraiti ilə təmin etmək, abilitasiya və reabilitasiya xidmətlərini həyata keçirməkdir. Müəssisədə yaşayan sakinlərə tibbi, sosial və məişət xidməti göstərilir. Sakinlər gündə 3 dəfə qida ilə təmin olunur. Günün müəyyən olunmuş saatlarında gəzintiyə çıxardılır, istirahət edirlər. Müəssisə daxilində əyləncə proqramlarına cəlb olunurlar. Qismən özünü normal dərk edən sakinlər müxtəlif əl işlərinə və idman oyunlarına cəlb olunurlar.
Ünvanlar:
1 saylı psixonevroloji sosial xidmət müəssisəsi: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Beynəlmiləl küçəsi 20/22
2 saylı psixonevroloji sosial xidmət müəssisəsi: Şamaxı şəhəri, Nərimanov küçəsi 106
3 saylı psixonevroloji sosial xidmət müəssisəsi: Göygöl rayonu, Qırıqlı kəndi
4 saylı psixonevroloji sosial xidmət müəssisəsi: Gəncə şəhəri, Qurtuluş küçəsi 77
“Sosial Xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının təşkil olunması məqsədi ilə xidmətlər göstərilir. Müəssisələrə çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan (əlilliyi müəyyən edilmiş) 5-18 yaşlı təhsilə cəlb olunmayan şəxslər qəbul edilir.
Ünvanlar:
1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Safura İbrahimova küçəsi 214
2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi: Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi 17
Müəssisəyə şəxslərin, onların qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının ərizəsi ilə ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan ahıllar qəbul edilir. Müəssisədə sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Burada kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi 24
Müəssisədə “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsi”, ”Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbəsi”, “Görmə imkanı məhdud şəxslərin sosial reabilitasiya şöbəsi”, “Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya şöbəsi” nizamnaməyə uyğun olaraq qeyd olunan kateqoriyadan olan şəxslərə müvafiq xidmətlər göstərir.
Müəssisəyə aşağıdakı həssas kateqoriyalardan olan şəxslər qəbul edilirlər:
1. baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 4 yaşdan yuxarı yetkinlik yaşına çatmayan;
2. müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər;
3. 5-29 yaşlı görmə qabiliyyəti məhdudluğu olan şəxslər.
Qeyd: Yoluxucu və psixi xəstəlikləri, həmçinin vaxtaşırı epileptik tutmaları olan şəxslər müəssisəyə qəbul edilmirlər.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci km
Sosial Xidmətlər Agentliyinin Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər göstərilir.
Müəssisənin Nizamnaməsinə əsasən, burada yaşayan gənclərin ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları var. Müəssisə yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventarlarla təchiz edilib.
Ünvan: Abşeron rayonu, Masazır kəndi, "Duz zavodu" yolu, 2-ci massiv, ev 1,2 və 3
Müəssisə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyasını həyata keçirir. Burada kompüter montajı, montajçı operator, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, rəssamlıq və manikür üzrə 3-6 aylıq kurslar təşkil olunur.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küçəsi 14
Mərkəzdə insan alveri və potensial insan alveri qurbanları kateqoriyalı şəxslərə yardım göstərilir. Mərkəzin fəaliyyət istiqamətlərinə insan alveri qurbanlarının cəmiyyətə reinteqasiyasına, normal həyat tərzinə qayıtmalarına köməklik göstərilməsi məqsədilə reabilitasiya tədbirlərinin həyata keçirilməsi, habelə insan alverinin qurbanları və insan alverinin potensial qurbanları ila sosial işin aparılması, onlara sosial xidmətlərin göstərilməsi və qulluğun təşkili və s. aiddir.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 87 A
Müəssisədə əlilliyi olan şəxslər üçün idman məşğələlərinin təşkil edilməsi, idman növləri üzrə məşq vaxtlarının bölgüsünün aparılması, peşəkar idmanla məşğul olan əlilliyi olan şəxslərin idman yarışlarına hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi, ilkin tibbi yardımın təşkil edilməsi, tibbi məsləhətlər verilməsi, ehtiyacı olanların müalicə-profilaktika müəssisələrinə göndərilməsinin təmin edilməsi, kütləvi bədən tərbiyəsi həyata keçirilir. Həkim rəyi əsasında yaradılmış idman növlərinin bölmələri üzrə əlilliyi olan şəxslər, Qarabağ veteranları, şəhid ailəsi üzvləri və həmçinin əlil idmanın sağlam idmana inteqrasiyasını təmin etmək məqsədilə əlilliyi olmayan şəxslər qəbul edilir.
Ünvan: Sumqayıt şəhəri, Niyazi küçəsi, 47-ci məhəllə
Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması üçün onlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyəti həyata keçirən publik hüquqi şəxsdir.
Ünvan: Qobustan şəhəri, Dərəkənd yolunun sağ hissəsi
Sosial xidmət müəssisələri öz bioloji ailəsinə qaytarılması, həmçinin yaxın müddətdə övladlığa, qəyyumluğa (himayəyə) və himayədar ailəyə verilməsi mümkün olmayan çətin həyat şəraitində olan uşaqların ailə mühitinə yaxın şəraitdə saxlanılmasını, bu müddətdə onların təhsilini, təlim-tərbiyəsini, maddi-məişət şəraitini və hüquqlarının müdafiəsini təmin edir. Burada uşaqların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə xidmətlər göstərilir. Müəssisədə uşaqlar sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi, sosial-pedoqoji və tibbi-sosial xidmətlər ilə təmin olunurlar. Əqli və fiziki inkişafında pozuntu olan, təhsildə çətinlik çəkən uşaqlara sosial-psixoloji və sosial-pedaqoji yardım göstərilir.
Ünvanlar:
1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi: Bakı şəhəri, Xəzər rayon Süvəlan qəsəbəsi Almas İldırım küçəsi 43A
2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi: Lənkəran şəhəri M.M.Axund küçəsi 43
Sosial Xidmətlər Agentliyinin tabeliyində 6 uşaq evi sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Müəssisələrdə uşaqların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə xidmətlər göstərilir. Burada uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar. Uşaqlar yaşa və cinsə uyğun olaraq qruplaşdırılırlar.
Ünvanlar:
1 saylı Uşaq evi sosial xidmət müəssisəsi: Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 66 a
2 saylı Uşaq evi sosial xidmət müəssisəsi: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsi
3 saylı Uşaq evi sosial xidmət müəssisəsi: Bakı şəhəri, Xətai rayonu, Lütfüzadə 38
4 saylı Uşaq evi sosial xidmət müəssisəsi: Gəncə şəhəri, Adilxan Ziyadxanov küçəsi 31
Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsi: Lənkəran şəhər 20 Yanvar küçəsi 20
6 saylı Uşaq evi sosial xidmət müəssisəsi: Şəki şəhəri Zərifə Əliyeva küçəsi 80