ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Yaşa görə müavinət

Müavinət almaq hüququ olan şəxslər

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər

Müavinət hansı halda təyin olunur?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8- ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il   1 iyul tarixinə kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 63 yaş 6 aydır(2027-ci il iyul ayının 1-dək qadınların pensiya yaş həddi hər il 6 ay artırılacaqdır). Aşağıdakı şəxslərə sosial müavinət yuxarıda qeyd edilən yaş həddi 5 il azaldılmaqla təyin edilir: Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara; Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara; Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə.

Müavinətin məbləği

 220 manat

Müavinət hansı müddətə təyin edilir?

Müavinət ömürlük təyin edilir və şəxs əmək fəaliyyətinə başladığı təqdirdə dayandırılır.

Müraciət etmə qaydası

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Tələb olunan sənədlər

Hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinatın mümkün olmadığı kateqoriyadan olan şəxslərə müavinətin təyin edilməsi üçün aşağıdakı sənədlər tələb edilir. 5 və daha çox uşağı doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara:   Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti(əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti); Uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti; Qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi və böyütməsibarədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; qəyyumluğu təsdiq edən sənədin surəti. Əlilliyi müəyyən edilmiş övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) Uşağın doğum haqqında şəhadətnaməsi; uşağın əlilliyinin müəyyən edilməsi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış; Qadının əlilliyi müəyyən edilmiş övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə:    Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) Atanın 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; Ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı; Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti ;Atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı; Qəyyumluğu təsdiq edən sənədin surəti; Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; Qəyyum kişinin 5 və daha çox uşağı 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı.

Müraciətə baxılması müddəti

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Müavinətin keçmiş dövr üçün ödənilməsi

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Müvafiq qanunvericilik:

1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu https://e-qanun.az/framework/11508 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” https://e-qanun.az/framework/31208