ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ailə başçısını itirməyə görə müavinət

Müavinət almaq hüququ olan şəxslər

Vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarının əmək pensiyası hüququ olmadıqda Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə

Müavinət hansı halda təyin olunur?

Vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); Vəfat etmiş şəxsin 18  yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlilliyin müəyyən edildiyi müddətə; Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.  

Müavinətin məbləği

140 manat

Müraciət etmə qaydası

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Tələb olunan sənədlər

Vəfat etmiş şəxsin uşağına (uşaqlarına) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının) surəti;Vəfat etmiş şəxsin uşağının (uşaqlarının) doğum haqqında şəhadətnaməsinin surəti; Müavinətin təyin edilməsi üçün ərizəçi qismində müraciət edən digər valideynin (qəyyumun, himayəçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti; Vəfat etmiş şəxsin 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı. Vəfat etmiş şəxsin 18 yaşına çatanədək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladına (övladlarına) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti; Vəfat edən şəxsin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladının doğum haqqında şəhadətnaməsinin surəti. Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının) surəti; Vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşağının (uşaqlarının) doğum haqqında şəhadətnaməsinin surəti; Şəxsin uşaqla (uşaqlarla) və yaxud vəfat etmiş ailə başçısı ilə qohumluq əlaqəsini təsdiq edən sənədlərin (doğum haqqında və nikah haqqında şəhadətnamələrin) surəti.

Müraciətə baxılması müddəti

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Müavinətin keçmiş dövr üçün ödənilməsi

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Müvafiq qanunvericilik:

1. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu https://e-qanun.az/framework/11508 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası” https://e-qanun.az/framework/57687    

3. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı https://e-qanun.az/framework/26488