ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əlilliyi olan şəxslərin reabilitasiya xidməti üçün növbəyə alınması proseduru

Addım 1.

Əlilliyi olan şəxs və ya qanuni nümayəndəsi əlilliyi olan şəxsin yaşadığı ərazi üzrə tək şəxsiyyət vəsiqəsi ilə Tibbi Sosial Ekspertiza Kommisiyalarına müraciət edərək yataq fondunun doluluq vəziyyətinə əsasən istədiyi tarixə rezervasiya formalaşdırır.

Rezervasiyası formalaşdırılan ƏOŞ-un və ya qanuni nümayəndəsinin  işlək mobil telefon nömrəsinə reabilitasiya xidmətinə gedəcəyi tarix və mərkəz üzrə sms bildiriş göndərilir. ƏOŞ-un reabilitasiya mərkəzinə  qəbul ediləcəyi tarixə ən azı 2 (iki) iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və s.) göndərilir, eləcə də reabilitasiya müəssisəsinə əlilliyi olan şəxsin gəlmə tarixi və vaxtı barədə məlumat verilir.

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi

Addım 2.

Reabilitasiya Altsistemi üzərindən rezervasiyası formalaşdırılan ƏOŞ rezervasiya tarixi üzrə reabilitasiya mərkəzinə yaxınlaşır və reabilitasiya xidmətinə başlanılır.

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi

*Diaqnoza əsasən əlavə müayinə sənədləri tələb oluna bilər.