ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qanunvericilik

7 iyun 2024-cü il tarixli 1172-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137; Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli və 19 aprel tarixli 1133-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 9-cu maddə üzrə:

1.1.1. 9.5-ci maddənin birinci abzasına “hərbi qulluqçu kimi” sözlərindən əvvəl “hərbi xidmətdən buraxıldığı gündən” sözləri əlavə edilsin;

1.1.2. 9.5.2-ci maddəyə “buraxılmış,” sözündən sonra “buraxıldığı günə” sözləri əlavə edilsin;

1.1.3. 9.6-cı maddənin ikinci cümləsinə “qəbul edilmiş” sözlərindən sonra “və buraxılmış” sözləri əlavə edilsin;

1.2. 20-ci maddə üzrə:

1.2.1. 20.2-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının” sözləri “əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

1.2.2. 20.3-cü maddədə “Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının” sözləri “müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

1.2.3. 20.6-cı maddədə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün əməkhaqqının” sözləri “əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

1.2.4. 20.9-cu maddədə “fəaliyyətdə olan müvəkkil (ombudsman) üçün müəyyən edilmiş əməkhaqqının” sözləri “əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

1.2.5. 20.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“20.10. Bu Qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanarkən həmin şəxslərin orta aylıq əməkhaqları onların son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir.”;

1.2.6. 20.14.2-ci maddəyə “30 təqvim ili” sözlərindən əvvəl “buraxıldığı günə” sözləri əlavə edilsin;

1.2.7. 20.16.2-ci maddədə (birinci halda) “60” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;

1.2.8. 20.21-ci maddədə “Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətdə olan üzvünün əmək haqqının” sözləri “əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

1.2.9. 20.22-ci maddədə “müvafiq olaraq Hesablama Palatasının sədrinin, sədrin müavininin və ya auditorunun əmək haqqının” sözləri “müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

1.2.10. 20.25-ci maddə ləğv edilsin;

1.3. 22-1.5-ci maddəyə “təyin edilmiş” sözlərindən sonra “aylıq” sözü, “tətbiq edilərək” sözlərindən sonra “eyni növ” sözləri əlavə edilsin;

1.4. 31.1-1-ci maddəyə “yenidən hesablanması” sözlərindən sonra “, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi” sözləri əlavə edilsin;

1.5. 34-cü maddə üzrə:

1.5.1. aşağıdakı məzmunda 34.1-1-ci maddə əlavə edilsin:

“34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir.”;

1.5.2. 34.2-ci maddəyə “keçirilmə” sözündən sonra “bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya” sözləri əlavə edilsin.

Maddə 2. Keçid müddəa

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci20.1.3-cü20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslər həmin maddələrdə nəzərdə tutulmuş sığorta stajını bu Qanunun qüvvəyə mindiyi tarixədək topladığı halda həmin şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il iyulun 1-dək qüvvədə olan normaları tətbiq edilir.

Maddə 3. Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2024-cü il

№ 1172-VIQD

 

19 aprel 2024-cü il tarixli 1133-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu) 8-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər

8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

8.2. Bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2024-cü il

№ 1133-VIQD

5 aprel 2024-cü il tarixli 1127-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1–4-cü7-ci10-cu12-ci13-cü16–19-cu23-cü26-cı və 27-ci bəndlərini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I) 102.4-cü maddəsində və 126.1-ci maddəsinin birinci cümləsində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1.21-ci, 2.6.2-ci, 40.8-ci, 40.12-ci, 40.15-ci, 44.8-ci, 55.2.6-cı maddələrdə, 60.7-ci və 68.6-cı maddələrin ikinci cümlələrində, 95.2-ci maddənin üçüncü cümləsində, 96.9-cu maddənin birinci cümləsində, 109.2-109.4-cü, 110.3-cü, 115.1.7-ci maddələrdə, 159.1-ci, 159.2-ci, 192.1-ci, 228.1-ci və 228.2-ci maddələrin birinci abzaslarında ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilsin;

2.2. 11.3-cü maddədə, 124.1-ci maddənin birinci cümləsində, 145.4-cü, 205.3-cü, 213.2-ci maddələrdə ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media” sözü ilə əvəz edilsin;

2.3. 20-ci maddə üzrə:

2.3.1. adında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

2.3.2. 20.1-ci maddədə (hər iki halda) “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

2.4. 43-cü maddənin adında, 43.1-ci və 43.2-ci maddələrdə ismin müvafiq hallarında “Kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “Media subyektləri” sözləri ilə əvəz edilsin;

2.5. 69-cu maddə üzrə:

2.5.1. 69.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “media subyektlərində” sözləri ilə əvəz edilsin;

2.5.2. 69.5-ci maddənin ikinci cümləsində “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin;

2.5.3. 69.6-cı maddədə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə, birinci halda “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə, ikinci halda “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin;

2.6. 74-cü maddə üzrə:

2.6.1. 74.2.1-ci maddədə “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin;

2.6.2. 74.3-cü maddənin birinci cümləsində “Kütləvi informasiya vasitələri” sözləri “Media vasitəsi” sözləri ilə, “tele və radioverilişlər” sözləri “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin;

2.7. 76-cı maddə üzrə:

2.7.1. 76.1-ci maddədə “Kütləvi informasiya vasitələri” sözləri “Media subyektləri” sözləri ilə əvəz edilsin;

2.7.2. 76.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

2.8. 77-ci maddə üzrə:

2.8.1. adında “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

2.8.2. 77.1-ci maddənin birinci cümləsində (hər iki halda) “teleradio təşkilatları” sözləri və üçüncü cümləsində “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

2.8.3. 77.2-ci maddənin birinci cümləsində (birinci halda) “verilişləri” sözü “proqramları” sözü ilə, həmin cümlədə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə, ikinci cümləsində “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.8.4. 77.3-cü maddənin birinci cümləsində (birinci halda) “verilişləri” sözü “proqramları” sözü ilə, həmin cümlədə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə, “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, ikinci cümləsində “Teleradio verilişləri təşkilatlarının” sözləri “Televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.8.5. 77.4-cü maddənin birinci cümləsində “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə, ikinci cümləsində “Teleradio verilişləri təşkilatları” sözləri “Televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

2.9. 78-ci maddə üzrə:

2.9.1. adında “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə əvəz edilsin;

2.9.2. 78.1-ci və 78.3-cü maddələrdə, 78.4-cü maddənin birinci və ikinci cümlələrində “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

2.10. 79-cu maddə üzrə:

2.10.1. adında “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə əvəz edilsin;

2.10.2. 79.1-ci maddədə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

2.11. 80-ci maddə üzrə:

2.11.1. 80.1-ci maddədə “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçısının” sözləri ilə əvəz edilsin;

2.11.2. 80.2-ci, 80.3-cü maddələrdə və 80.7-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

2.11.3. 80.5-ci maddənin birinci cümləsində (hər iki halda) “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “təşkilatların verilişlərinin” sözləri “yayımçıların proqramlarının” sözləri ilə və “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin;

2.11.4. 80.6-cı maddədə “Teleradio verilişləri təşkilatlarının” sözləri “Televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.11.5. 80.8-ci maddədə “Teleradio verilişləri təşkilatlarının” sözləri “Televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio verilişləri təşkilatlarına” sözləri “televiziya və radio yayımçılarına” sözləri ilə əvəz edilsin;

2.12. 81-ci maddə üzrə:

2.12.1. 81.1-ci maddədə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio verilişləri təşkilatı” sözləri “televiziya və radio yayımçısı” sözləri ilə əvəz edilsin;

2.12.2. 81.2-ci maddənin birinci cümləsində “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə, dördüncü cümləsində “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçısının” sözləri ilə əvəz edilsin;

2.12.3. 81.4-cü maddənin birinci və ikinci cümlələrində, 81.5-ci maddədə (hər iki halda), 81.6-cı və 81.10-cu maddələrin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

2.12.4. 81.7.4-cü maddədə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə, “verilişlərin proqramı, verilişin” sözləri “həmin proqramların cədvəli, proqramın” sözləri ilə əvəz edilsin;

2.13. 82-ci maddə üzrə:

2.13.1. 82.2-ci maddədə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

2.13.2. 82.3-cü maddənin birinci cümləsində “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

2.13.3. 82.4-cü maddənin birinci cümləsində (birinci halda) “teleradio” sözü “televiziya və radio” sözləri ilə, “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə, ikinci cümləsində “Teleradio verilişləri təşkilatları” sözləri “Televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

2.14. 88-ci maddə üzrə:

2.14.1. 88.1-ci maddənin birinci cümləsində, 88.2-ci maddədə, 88.7-ci maddənin üçüncü cümləsində ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media” sözü ilə əvəz edilsin;

2.14.2. 88.6-cı maddənin birinci cümləsində “teleradio verilişləri təşkilatlarının teleradio” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, ikinci cümləsində “teleradio verilişləri təşkilatlarının teleradio” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio verilişləri təşkilatlarını” sözləri “televiziya və radio yayımçılarını” sözləri ilə əvəz edilsin;

2.14.3. 88.8-ci maddədə (hər iki halda) ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

2.15. 104.1-ci maddənin ikinci cümləsində “kütləvi informasiya vasitələri ilə” sözləri “media” sözü ilə əvəz edilsin;

2.16. 113.1-ci maddənin birinci cümləsində “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin;

2.17. 127-ci maddə üzrə:

2.17.1. adında “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə əvəz edilsin;

2.17.2. 127.2-ci maddənin birinci cümləsində “Teleradio verilişləri təşkilatlarının” sözləri “Televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.17.3. 127.3-cü maddənin birinci cümləsində “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçısının” sözləri ilə əvəz edilsin;

2.17.4. 127.4-cü maddədə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.18. 155-ci maddə üzrə:

2.18.1. adında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

2.18.2. 155.2-ci maddənin birinci cümləsində “Teleradio verilişləri təşkilatlarının” sözləri “Televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.18.3. 155.3-cü maddənin birinci cümləsində və 155.4-cü maddədə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.19. 189-cu maddə üzrə:

2.19.1. adında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

2.19.2. 189.2-ci maddənin birinci cümləsində “Teleradio verilişləri təşkilatlarının” sözləri “Televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.19.3. 189.3-cü maddənin birinci cümləsində və 189.4-cü maddədə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.20. 224-cü maddə üzrə:

2.20.1. 224.2-ci maddənin birinci cümləsində “Teleradio verilişləri təşkilatlarının” sözləri “Televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.20.2. 224.3-cü maddənin birinci cümləsində və 224.4-cü maddədə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

2.21. 231.1-ci maddənin birinci və üçüncü cümlələrində, 231.2-231.4-cü maddələrdə, 231.6-cı maddənin birinci cümləsində və 233.4-cü maddədə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612 (Cild I) 28.4-2-ci maddəsinin birinci abzasında “kütləvi informasiya vasitəsində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7) 86.0.10-cu87.1.21-ci və 90.1.3-cü maddələrində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin.

Maddə 5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18; Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1069-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 164.2-ci maddədə “teleradio verilişləri təşkilatlarının teleradio” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilsin;

5.2. 388-2.0.4-cü və 428.11-ci maddələrdə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 5-ci maddənin dördüncü hissəsində “kütləvi məlumat vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilsin;

6.2. 21-ci maddəyə aşağıdakı məzmunda doqquzuncu hissə əlavə edilsin:

“Dini qurumlar “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər.”.

Maddə 7. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 230-cu maddənin üçüncü cümləsində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin;

7.2. həmin Nizamnamənin “Qarovul otağının avadanlığı” 11 saylı əlavəsinin 2-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında “radioverilişlərə” sözü “radio proqramlarına” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 489 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1-ci maddənin birinci hissəsinin altıncı abzasında “efir, kabel, peyk televiziyası” sözləri “peyk, kabel yayımları” sözləri ilə əvəz edilsin;

8.2. 7-ci maddənin birinci hissəsində “efir və kabel televiziyası” sözləri “yayım və retranslyasiya xidmətləri” sözləri ilə əvəz edilsin.

Maddə 9. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 62 (Cild I) 7-ci maddəsinin dördüncü hissəsinin birinci və ikinci cümlələrində “kütləvi informasiya vasitəsi” sözləri “media subyekti” sözləri ilə əvəz edilsin.

Maddə 10. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 28.4-cü maddənin ikinci abzasında “digər kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

10.2. 29.4-cü maddənin birinci abzasında “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 11. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 888 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 4-cü maddə üzrə:

11.1.1. 4.6-cı maddədə “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin;

11.1.2. 4.8-ci maddədə “bu Qanun, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri “Media haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun” sözləri ilə əvəz edilsin;

11.2. 6-cı maddə üzrə:

11.2.1. 6.0.2-ci maddədən “(verilişlər)” sözü çıxarılsın;

11.2.2. 6.0.5-ci maddədə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

11.2.3. 6.0.6-cı maddədə “verilişlərinin proqramını” sözləri “proqram cədvəlini” sözləri ilə əvəz edilsin;

11.3. 7-ci maddə üzrə:

11.3.1. 7.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.1.7. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilməsi;”;

11.3.2. 7.1.10-cu maddədən “efirdə, kabel yayımı vasitəsilə” sözləri çıxarılsın;

11.3.3. 7.1.11-ci maddə ləğv edilsin;

11.3.4. 7.1.12-ci maddədən “(verilişlərdə)” sözü çıxarılsın;

11.3.5. 7.2-ci maddənin birinci cümləsində “verilişlər” sözü “proqramlar” sözü ilə, ikinci cümləsində (hər iki halda) “verilişlərin” sözü “proqramların” sözü ilə, “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin;

11.4. 9.1-ci maddədə “teleradio verilişlərinin” sözləri “televiziya və radio proqramlarının” sözləri ilə, “televiziya və radio yayımı haqqında qanunvericiliklə” sözləri “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;

11.5. 10.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

11.6. 11-1.1-ci maddədə “kütləvi informasiya vasitələri işçilərinin” sözləri “media sahəsində çalışan işçilərin” sözləri ilə əvəz edilsin;

11.7. 12.3-cü maddədə “verilişlər” sözü “proqramlar” sözü ilə əvəz edilsin;

11.8. 13-cü maddə üzrə:

11.8.1. 13.4-cü maddədə (hər iki halda) “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

11.8.2. 13.5-ci maddənin ikinci cümləsində “verilişlərin” sözü “proqramların” sözü ilə, “müvafiq dövlət orqanı” sözləri “Azərbaycan Respublikasının Audiovizual Şurası” sözləri ilə əvəz edilsin;

11.8.3. 13.10-cu maddənin birinci cümləsində (hər iki halda) “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin;

11.9. 14-cü maddə üzrə:

11.9.1. 14.1-ci maddədən “(verilişlərində)” və “(verilişlərin)” sözləri çıxarılsın;

11.9.2. 14.3-cü maddədə “veriliş” sözü “proqram” sözü ilə, “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

11.9.3. 14.4-cü maddədən “(verilişlərində)” sözü çıxarılsın və həmin maddədə “Televiziya və radio yayımı” sözləri “Media” sözü ilə əvəz edilsin;

11.10. 15-ci maddə üzrə:

11.10.1. 15.1-ci maddənin üçüncü cümləsindən “(verilişində)” sözü çıxarılsın;

11.10.2. 15.2-ci maddədə “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin;

11.10.3. 15.3-cü maddədə “verilişlərdə” sözü “proqramlarda” sözü ilə əvəz edilsin;

11.11. 18-ci maddə üzrə:

11.11.1. 18.1-ci maddədə “teleradio yayımında” sözləri “audiovizual media subyektində” sözləri ilə əvəz edilsin;

11.11.2. 18.4-cü maddədə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

11.12. 21.3-cü maddə üzrə:

11.12.1. 21.3.1-ci maddədə “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin;

11.12.2. 21.3.2-ci maddədə “verilişlər setkasının” sözləri “proqram cədvəlinin” sözləri ilə əvəz edilsin;

11.13. 24-cü maddə üzrə:

11.13.1. 24.3-cü maddədə “kütləvi informasiya vasitələri haqqında qanunvericiliklə müəyyənləşdirilmiş qaydada” sözləri “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin;

11.13.2. 24.4-cü maddədə “verilişin” sözü “proqramın” sözü ilə əvəz edilsin.

Maddə 12. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 690 (Cild I) ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1-ci maddəsinin ikinci abzasında “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz edilsin.

Maddə 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu) 20.1.9-cu maddəsində “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz edilsin.

Maddə 14. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641 (Cild I) 12.1.10-cu15.2.7-ci30.3-cü maddələrində və 40.4-cü maddəsinin birinci cümləsində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin.

Maddə 15. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 642 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 1.0.1-ci maddədə “yayım təşkilatlarının verilişlərinə” sözləri “audiovizual yayımçının proqramlarına” sözləri ilə əvəz edilsin;

15.2. 15.2-ci maddədə “efir və kabel televiziyası” sözləri “yayım və retranslyasiya xidmətləri” sözləri ilə əvəz edilsin.

Maddə 16. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

16.1. 2.0.11-ci maddədə “kütləvi informasiya vasitələri” sözləri “media məhsulları” sözləri ilə əvəz edilsin;

16.2. 3.1-ci maddədə “Televiziya və radio yayımı” sözləri “Media” sözü ilə əvəz edilsin;

16.3. 12-ci maddə üzrə:

16.3.1. 12.1.5-ci maddədə “kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində)” sözləri “media məhsullarında, o cümlədən televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin;

16.3.2. 12.1.8-ci maddədən “(verilişlərin)” sözü çıxarılsın;

16.3.3. 12.3-cü maddədə “teleradio proqramlarında və verilişlərində” sözləri “televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin;

16.4. 13-cü maddə üzrə:

16.4.1. 13.1-ci maddədə “elektron informasiya vasitələrində proqramın (verilişin)” sözləri “onlayn mediada proqramın” sözləri ilə əvəz edilsin;

16.4.2. 13.2-ci maddənin üçüncü cümləsindən “(verilişdə)” sözü çıxarılsın;

16.5. 20-ci maddə üzrə:

16.5.1. adında “Teleradio proqramlarında (verilişlərində)” sözləri “Televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin;

16.5.2. 20.1-ci maddədə “Teleradio proqramlarında (verilişlərində)” sözləri “Televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin və həmin maddədən “(verilişlərin)” sözü çıxarılsın;

16.5.3. 20.2-ci maddənin birinci cümləsində “Teleradio proqramı (verilişi)” sözləri “Televiziya və radio proqramı” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsindən “(verilişin)” sözü çıxarılsın;

16.5.4. 20.3-cü maddənin birinci cümləsində “verilişin” sözü “proqramın” sözü ilə, ikinci cümləsində “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin;

16.5.5. 20.4-cü maddənin birinci cümləsində “teleradio proqramlarında (verilişlərində)” sözləri “televiziya və radio proqramlarında” sözləri ilə, ikinci cümləsində “verilişlərdə” sözü “proqramlarda” sözü ilə əvəz edilsin;

16.5.6. 20.6-cı maddənin birinci cümləsində (hər iki halda) “verilişlər” sözü “proqramlar” sözü ilə, ikinci cümləsində “proqram və verilişlər” sözləri “proqramlar” sözü ilə əvəz edilsin;

16.5.7. 20.8-ci maddədə “teleradio proqramlarında (verilişlərində)” sözləri “televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin;

16.6. 27.1-ci maddə üzrə:

16.6.1. 27.1.6-cı maddədən “(verilişlərin)” sözü çıxarılsın;

16.6.2. 27.1.9-cu maddədə “teleradio proqramlarında (verilişlərində)” sözləri “televiziya və radio proqramlarında” sözləri ilə əvəz edilsin;

16.7. 32.6-cı maddənin birinci cümləsində “kütləvi informasiya, nəqliyyat vasitələrində” sözləri “nəqliyyat vasitələrində, mediada” sözləri ilə əvəz edilsin.

Maddə 17. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 11.2-ci maddənin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “media məhsullarında” sözləri ilə əvəz edilsin;

17.2. 12.3.2-ci maddədə və 17.5-ci maddənin birinci cümləsində “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin.

Maddə 18. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2244 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

18.1. 11.5-ci və 11.6-cı maddələrdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

18.2. 12-ci maddə üzrə:

18.2.1. adında “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə əvəz edilsin;

18.2.2. 12.1-ci maddədə “Kütləvi informasiya vasitələri” sözləri “Media subyektləri” sözləri ilə əvəz edilsin;

18.2.3. 12.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

18.2.4. 12.4-cü maddənin birinci cümləsində “verilişlər” sözü “proqramlar” sözü ilə, ikinci cümləsində (hər iki halda) “verilişlərin” sözü “proqramların” sözü ilə, “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin;

18.3. 14.1.4-cü maddədən “televiziya və” və “efirdə, kabel yayımı vasitəsi ilə” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2024-cü il

№ 1127-VIQD

“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2024-cü il tarixli 4291 nömrəli Sərəncamı

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 fevral 2024-cü il

                    № 4291

 

22 dekabr 2023-cü il tarixli 1074-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; 1993, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 378; 1998, № 1, maddələr 15, 16; 1999, № 4, maddə 228, № 5, maddə 286; 2001, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005, № 10, maddə 871, № 12, maddə 1093; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 6, maddə 561, № 8, maddə 756, № 11, maddələr 1053, 1078; 2008, № 3, maddə 156, № 6, maddələr 462, 481, № 8, maddə 709, № 12, maddə 1048; 2010, № 3, maddə 171, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1333; 2015, № 10, maddə 1085; 2016, № 6, maddə 1011; 2020, № 6, maddə 669, № 7, maddə 826, № 12 (I kitab), maddə 1425; 2021, № 6 (I kitab), maddə 542, № 7, maddə 706; 2022, № 5, maddə 433) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 14-cü maddənin 2-ci hissəsində “müəssisələrinin qiyabi şöbələrində” sözləri “müəssisələrində müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda” sözləri ilə əvəz edilsin;

1.2. 18-ci maddənin 1-ci hissəsinin ikinci abzasında “beş” sözü “on” sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 7, maddə 602, № 8, maddə 695, № 12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16; 2017, № 3, maddə 328, № 12 (I kitab), maddə 2207; 2018, № 12 (I kitab), maddə 2488; 2019, № 2, maddə 180; 2020, № 6, maddə 669, № 7, maddə 827; 2021, № 6 (I kitab), maddə 544, № 7, maddə 699, № 8, maddə 897; 2022, № 8, maddə 830; 2023, № 2, maddə 189) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 13-cü maddənin birinci hissəsi üzrə:

2.1.1. birinci abzasda “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu” sözləri ilə əvəz edilsin;

2.1.2. ikinci abzasda “37” rəqəmləri “36,5” rəqəmləri ilə əvəz edilsin;

2.1.3. üçüncü abzasda “45” rəqəmləri “48” rəqəmləri ilə əvəz edilsin;

2.2. 15-ci maddənin birinci hissəsinin səkkizinci abzasında “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin və həmin abzasa “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilsin;

2.3. 150-ci maddənin birinci hissəsində “korpus (diviziya) və ona bərabər olan birbaşa rəislərin” sözləri “müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş” sözləri ilə, “müəssisələrinin qiyabi şöbəsində” sözləri “müəssisələrində” sözü ilə əvəz edilsin;

2.4. 156-cı maddə üzrə:

2.4.1. birinci hissənin “j” bəndinə “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilsin;

2.4.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.”;

2.5. 172-ci maddənin üçüncü hissəsi ləğv edilsin;

2.6. Əsasnaməyə 3 saylı əlavə – “Hərbi qulluqçuların son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanması üçün siyahıların tərtib edilməsi Qaydaları” üzrə:

2.6.1. birinci hissədə “ikinci 5” sözləri “daha 2” sözləri ilə əvəz edilsin;

2.6.2. üçüncü hissədə üçüncü halda “5” rəqəmi “2” rəqəmi ilə, “ikinci 5” sözləri “daha 2” sözləri ilə əvəz edilsin;

2.6.3. altıncı hissədən “5 illik” sözləri çıxarılsın.

Maddə 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829, № 12, maddələr 1369, 1387; 2023, № 1, maddə 44, № 2, maddələr 195, 212, 217; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1017-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 9.5-ci maddə üzrə:

3.1.1. 9.5.1-ci maddədə “20” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilsin;

3.1.2. 9.5.2-ci maddədə “25” rəqəmləri “30” rəqəmləri ilə və “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə əvəz edilsin;

3.1.3. 9.5.3-cü maddədə “45” rəqəmləri “48” rəqəmləri ilə, “25” rəqəmləri “30” rəqəmləri ilə və “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə əvəz edilsin;

3.2. 20-ci maddə üzrə:

3.2.1. 20.14.1-ci maddədə hər üç halda “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilsin və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi,” sözləri çıxarılsın;

3.2.2. 20.14.2-ci maddədə hər iki halda “25” rəqəmləri “30” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə və “hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla)” sözləri “ümumi iş stajının” sözləri ilə əvəz edilsin;

3.2.3. 20.14.3-cü maddədə “45” rəqəmləri “48” rəqəmləri ilə, hər iki halda “25” rəqəmləri “30” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə və “hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla)” sözləri “ümumi iş stajının” sözləri ilə əvəz edilsin;

3.2.4. 20.17-ci maddə aşağıdakı redaksiyada verilsin:

“20.17. Bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir.”.

Maddə 4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425, № 11, maddələr 2204, 2205; 2019, № 2, maddə 187, № 4, maddə 579, № 5, maddə 797, № 6, maddə 986; 2020, № 7, maddə 831, № 11, maddə 1338; 2021, № 3, maddə 210; 2022, № 5, maddələr 433, 440; 2023, № 2, maddə 190, № 7, maddələr 897, 899) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 39.1.2-ci maddədə “45” rəqəmləri “48” rəqəmləri ilə əvəz edilsin;

4.2. 41-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir.”;

4.3. 44.2-ci maddə ləğv edilsin.

Maddə 5. Keçid müddəalar

5.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir.

5.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir.

5.3. Bu Qanun qüvvəyə mindiyi tarixədək təyin edilmiş əmək pensiyaları bu Qanuna əsasən yenidən hesablanmır.

Maddə 6. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 dekabr 2023-cü il

№ 1074-VIQD

 

24 oktyabr 2023-cü il tarixli 1017-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (I kitab), maddə 1424; 2021, № 1, maddə 2, № 5, maddə 427, № 6 (I kitab), maddələr 539, 541, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 11, maddə 1203; 2022, № 6, maddə 582, № 11, maddələr 1239, 1240, № 12, maddə 1392; 2023, № 1, maddə 14, № 2, maddə 207, № 3, maddə 338, № 7, maddələr 896, 904) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 43-cü maddənin 2-ci hissəsinin “ğ” bəndinə “başlayanlar” sözündən sonra “və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər” sözləri əlavə edilsin;

1.2. 51-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.”;

1.3. 307-ci maddənin 3-cü hissəsində “işçiyə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır, habelə” sözləri “işçinin dövlət sosial sığorta sistemində fərdi uçotu “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, habelə ona” sözləri ilə əvəz edilsin;

1.4. həmin Məcəlləyə 1-ci əlavə – “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.1-ci bəndinə “başlayanlar” sözündən sonra “və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər” sözləri əlavə edilsin.

Maddə 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829, № 12, maddələr 1369, 1387; 2023, № 1, maddə 44, № 2, maddələr 195, 212, 217) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.6-cı və 1.0.7-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır;

1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır;”;

2.2. 1.0.8-ci, 1.0.9-cu, 1.0.10-cu (hər iki halda), 1.0.12-ci, 1.0.13-cü, 1.0.17-ci, 6.3-cü maddələrə, 7-ci maddənin birinci hissəsinə, 10.2-ci maddənin dördüncü abzasına (hər iki halda), 10.3-cü maddənin dördüncü abzasına, 12.1-ci maddənin ikinci cümləsinə, 13.3-cü maddənin dördüncü abzasına (hər iki halda), 13.3-1-ci maddənin birinci (hər iki halda) və ikinci cümlələrinə, 18.5-ci, 18.6-cı, 22-1.1-ci maddələrə, 27.1-ci maddənin birinci, ikinci və üçüncü (hər iki halda) cümlələrinə və 29.1-1-ci maddəyə “fərdi” sözündən sonra “şəxsi” sözü əlavə edilsin;

2.3. 1.0.16-cı maddənin birinci cümləsinə “fərdi uçot” sözlərindən əvvəl “dövlət sosial sığorta sistemində” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 oktyabr 2023-cü il

№ 1017-VIQD

“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-cü il tarixli 3749 nömrəli Sərəncamı

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2023-cü il yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 fevral 2023-cü il

     № 3749

1 fevral 2023-cü il tarixli 802-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli, 9 dekabr tarixli 679-VIQD nömrəli və 30 dekabr tarixli 793-VIQD nömrəli qanunları) 6-1-ci maddəsinin birinci cümləsində “2022-ci il yanvarın 1-dən 240” sözləri “2023-cü il fevralın 1-dən 280” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2023-cü il fevralın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2023-cü il

                № 802-VIQD

30 dekabr 2022-ci il tarixli 793-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli və 9 dekabr tarixli 679-VIQD nömrəli qanunları) 39-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 39.1-ci maddəsinin mətni ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.”;

1.2. 39.4-cü maddədə “qanunvericiliyə əsasən” sözləri “bu Qanunla müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2022-ci il

№ 793-VIQD

20 dekabr 2022-ci il tarixli 742-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 31.2-2-ci maddə əlavə edilsin:

“31.2-2. Əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 dekabr 2022-ci il

№ 742-VIQD

 

9 dekabr 2022-ci il tarixli 679-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829) 22-1.2.1-ci maddəsində “2022” rəqəmləri “2025” rəqəmləri ilə və “2023-cü” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 dekabr 2022-ci il

№ 679-VIQD

 

30 dekabr 2022-ci il tarixli 791-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli və 9 dekabr tarixli 679-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 8.3-cü maddədə “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

2. 25-ci maddədə “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur” sözləri “bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir” sözləri ilə əvəz edilsin.

3. 31.2-ci maddənin birinci və ikinci cümlələrində “siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən” sözləri “bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə” sözləri ilə əvəz edilsin.

4. 31.2-1 və 34.2-ci maddələrdə “31.2-ci maddəsində göstərilən” sözləri “5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2022-ci il

                   № 791-VIQD

5 noyabr 2022-ci il tarixli 627-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583; Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.5-ci maddədən “(sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri çıxarılsın;

1.2. 6.2-ci maddənin birinci cümləsinə “dövlət büdcəsinin” sözlərindən əvvəl “, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər” sözləri əlavə edilsin;

1.3. 20.2-ci və 20.3-cü maddələrdən “, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla,” sözləri çıxarılsın və həmin maddələrdə “ödənilir” sözü “təyin edilir” sözləri ilə əvəz edilsin;

1.4. 20.4-cü, 20.6-cı, 20.6-1-ci, 20.7.2-ci, 20.7-1-ci, 20.8.2-ci, 20.8-1-ci, 20.9-cu, 20.9-1-ci, 20.11.2-ci, 20.13-cü, 20.19.2-ci, 20.20–20.23-cü, 20.26.2-ci, 20.27-ci, 20.28.2-ci və 20.29-cu maddələrdə “ödənilir” sözü “təyin edilir” sözləri ilə əvəz edilsin;

1.5. 20.7-ci, 20.8-ci, 20.11-ci və 20.19-cu maddələrə “məbləğindən,” sözündən sonra “pensiya təyinatı tarixinədək” sözləri əlavə edilsin;

1.6. 20.14-cü, 20.16-cı və 20.17-ci maddələrə “əlavələr” sözündən sonra “pensiya təyinatı tarixinədək” sözləri əlavə edilsin;

1.7. 20.15-ci maddəyə “məbləği” sözündən sonra “təyinat tarixində” sözləri əlavə edilsin;

1.8. 20.21-ci maddədən “, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla,” sözləri çıxarılsın;

1.9. 20.22-ci maddədən “əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla,” sözləri çıxarılsın;

1.10. 20.26-cı və 20.28-ci maddələrə “məbləği,” sözündən sonra “pensiya təyinatı tarixinədək” sözləri əlavə edilsin;

1.11. 26-cı maddə üzrə:

1.11.1. adında “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək” sözləri “Əmək” sözü ilə əvəz edilsin;

1.11.2. 26.3-cü maddənin ikinci cümləsi çıxarılsın;

1.11.3. aşağıdakı məzmunda 26.4-cü maddə əlavə edilsin:

“26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.”;

1.12. 29-cu maddə üzrə:

1.12.1. 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra “, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilsin;

1.12.2. 29.2-ci maddə ləğv edilsin;

1.13. 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.”.

Maddə 2. Keçid müddəaları

2.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir.

2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

2.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

Maddə 3. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2022-ci il

№627-VIQD

8 iyul 2022-ci il tarixli 582-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 15-ci, 16-cı, 17-ci və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455, № 11, maddə 683; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə 888, № 7 (I kitab), maddə 1442, № 12 (I kitab), maddə 2525; 2019, № 1, maddə 22, № 7, maddələr 1196, 1206, № 12, maddə 1895; 2020, № 7, maddə 826; 2021, № 8, maddə 897; 2022, № 1, maddə 5) 93-cü maddəsinin ikinci hissəsində “qüsurlarına” sözü “pozuntularına” sözü ilə əvəz edilsin.

Maddə 2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 612; 2002, № 5, maddə 250, № 6, maddə 328; 2004, № 3, maddə 133; 2005, № 12, maddə 1079; 2006, № 2, maddə 64, № 11, maddə 933, № 12, maddə 1005; 2007, № 6, maddə 560; 2008, № 4, maddə 252, № 6, maddə 462; 2010, № 3, maddə 172, № 6, maddə 487; 2011, № 4, maddələr 252, 268, № 11, maddə 989; 2014, № 2, maddə 88, № 7, maddə 764; 2016, № 2 (II kitab), maddə 217, № 11, maddə 1759; 2018, № 11, maddə 2234) 17-ci maddəsinin VI hissəsinin birinci cümləsində “şikəst olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 71; 2015, № 2, maddə 83; 2017, № 7, maddə 1258; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 664, № 7, maddə 828, № 11, maddə 1335; 2021, № 6 (I kitab), maddə 543, № 8, maddə 895; Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.0.5-ci və 7.0.3-cü maddələrdə “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;

3.2. 7.0.1-ci maddədə “karlar və” sözləri “eşitmə qabiliyyəti tam məhdud olanlar, o cümlədən” sözləri ilə əvəz edilsin;

3.3. 7.0.2-ci maddədə “korlar və” sözləri “görmə qabiliyyəti tam məhdud olanlar, o cümlədən” sözləri ilə əvəz edilsin;

3.4. 7.0.5-ci maddədə “əqli cəhətdən geri qalanlar” sözləri “əqli geriliyi olanlar” sözləri ilə əvəz edilsin;

3.5. 13.1.1-ci maddədə “qüsurları” sözü “pozuntuları” sözü ilə, “kəkələmə” sözü “qeyri-iradi nitq pozuntusu” sözləri ilə əvəz edilsin;

3.6. 13.1.2-ci maddədə “(karlar, zəifeşidənlər və sonradan karlaşanlar)” sözləri “(eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər)” sözləri ilə əvəz edilsin;

3.7. 13.1.3-cü maddədə “(korlar, zəifgörənlər, çəpgözlər və s.)” sözləri “(görmə qabiliyyəti tam və qismən məhdud olanlar, çəpgözlüyü olanlar və s.)” sözləri ilə əvəz edilsin;

3.8. 13.1.4-cü maddədə “(əqli cəhətdən geri qalanlar, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi)” sözləri “(əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar)” sözləri ilə əvəz edilsin;

3.9. 13.1.6-cı maddədə “kar-korlar” sözləri “eşitmə-görmə qabiliyyəti tam məhdud olanlar” sözləri ilə əvəz edilsin;

3.10. 14.1-ci maddədə “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, №5, maddə 474, №11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554, № 7, maddələr 711, 714, 718, № 8, maddə 898, № 10, maddə 1094, № 11, maddə 1207, № 12, maddə 1314; Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 508-VIQD nömrəli Qanunu) 9.1.3-cü maddəsində “şikəstlik” sözü “əlillik” sözü ilə əvəz edilsin.

Maddə 5. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VIQD nömrəli Qanunu) 11.1-ci maddəsinin birinci cümləsində “qüsurlara” sözü “pozuntulara” sözü ilə əvəz edilsin.

Maddə 6. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586; 2007, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 6, maddə 481, № 8, maddələr 694, 710; 2009, № 6, maddə 399, № 11, maddə 878; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 11, maddə 944; 2011, № 2, maddələr 71, 72; 2012, № 11, maddə 1040; 2015, № 10, maddə 1089; 2016, № 6, maddə 984; 2017, № 5, maddə 729, № 7, maddə 1252; 2018, № 3, maddə 398, № 12 (I kitab), maddə 2473; 2019, № 5, maddə 797, № 12, maddə 1885; 2020, № 7, maddə 830; 2021, № 8, maddə 902; Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4.2-ci maddədə “qüsurlarına” sözü “pozuntularına” sözü ilə əvəz edilsin;

6.2. 37.3.1-ci maddədən “, yaxud şikəstliklə” sözləri çıxarılsın.

Maddə 7. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 547, № 8, maddə 898, № 12, maddələr 1315, 1338; Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli və 27 may tarixli 541-VIQD nömrəli qanunları) 17.5.4-cü və 17.7-ci maddələrində “qüsuru” sözü “pozuntusu” sözü ilə əvəz edilsin.

Maddə 8. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641; 2014, № 4, maddə 347, № 7, maddə 767; 2016, № 6, maddə 987; 2018, № 10, maddə 1979, № 11, maddə 2226; 2019, № 4, maddə 579, № 11, maddə 1685; 2020, № 7, maddə 831; 2021, № 6 (I kitab), maddə 548, № 8, maddə 896) 33.1.1.6-cı və 43.2.2-ci maddələrində “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin.

Maddə 9. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464; 2019, № 6, maddə 990; 2020, № 6, maddə 663; 2021, № 8, maddə 903) 3.1.22-ci maddəsində “şikəstliyinə” sözü “xəsarət almasına” sözləri ilə əvəz edilsin.

Maddə 10. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012; 2019, № 6, maddə 986, № 12, maddə 1881; 2020, № 6, maddə 664, № 7, maddələr 831, 851, № 11, maddə 1335; 2021, № 8, maddə 895) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1.0.10-cu maddədə “qüsurların” sözü “pozuntuların” sözü ilə əvəz edilsin;

10.2. 1.0.16-cı maddədə “nitqi qüsurlu” sözləri “nitq pozuntusu olan” sözləri ilə əvəz edilsin.

Maddə 11. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851, № 11, maddələr 1323, 1335, № 12 (I kitab), maddə 1421; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548, № 8, maddə 895, № 11, maddə 1210; Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanunu) 18.2.5-ci maddəsində “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin.

Maddə 12. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851, № 11, maddə 1335; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548; Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 535-VIQD nömrəli Qanunu) 1.0.26-cı maddəsində “qüsurlarının” sözü “pozuntularının” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2022-ci il

№582-VIQD

13 may 2022-ci il tarixli 530-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.0.1-1-ci maddə əlavə edilsin:

“1.0.1-1. şərti əmək pensiyası – ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləğidir;”;

1.2. 1.0.18-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.19-cu maddə əlavə edilsin:

“1.0.19. əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar – əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlar.”;

1.3. 8-ci maddə üzrə:

1.3.1. adı aşağıdakı redaksiyada verilsin:

“Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər”;

1.3.2. 8.1-ci maddəyə “doğub” sözündən sonra “, övladlığa və (və ya) qəyyumluğa götürüb” sözləri, “tərbiyə etmiş” sözlərindən sonra isə “və böyütmüş” sözləri əlavə edilsin və həmin maddədə “hər uşağa görə 1” sözləri “5” rəqəmi ilə əvəz edilsin;

1.3.3. 8.3-cü maddəyə “növbəti” sözündən əvvəl “və ya sağlamlıq imkanları məhdud uşağını” sözləri əlavə edilsin;

1.4. 9-cu maddə üzrə:

1.4.1. 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

9.2. Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

9.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.”;

“9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:

9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;

9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;

9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;

9.6.4. ali zabit heyətinə aid şəxslər.

9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.”;

1.4.2. 9.8-ci maddədə “9-cu” sözləri “9.1-ci” sözləri ilə əvəz edilsin və həmin maddəyə “müvafiq surətdə” sözlərindən sonra “bu Qanuna uyğun olaraq” sözləri əlavə edilsin;

1.5. 14.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir.”;

1.6. 18-ci maddə üzrə:

1.6.1. 18.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.”;

1.6.2. 18.3-cü maddəyə birinci halda “sığorta hissəsinin” sözlərindən sonra “(bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır.”;

1.7. 20-ci maddə üzrə:

1.7.1. 20.4-cü, 20.6-1-ci, 20.7-1-ci, 20.8-1-ci, 20.9-1-ci, 20.13-cü, 20.20-ci, 20.23-cü, 20.27-ci və 20.29-cu maddələrdə “almalı olduğu” sözləri “şərti əmək pensiyası” sözləri ilə əvəz edilsin;

1.7.2. 20.6-cı və 20.9-cu maddələrə “əmək pensiyasına” sözlərindən sonra “səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin;

1.7.3. 20.15-ci maddədə “maddədə” sözü “Qanunun 20.14-cü maddəsində” sözləri ilə əvəz edilsin;

1.8. 22-1.2.1-ci maddəyə “sığortaolunana” sözündən sonra “(bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla)” sözləri əlavə edilsin;

1.9. 34-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə

34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.

34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.”;

1.10. 37-ci maddə üzrə:

1.10.1. 37.3.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;”;

1.10.2. 37.3.2-ci maddənin ikinci cümləsinə “olunduqdan” sözündən sonra “, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan” sözləri, “sığorta hissəsi” sözlərindən sonra isə “avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilsin;

1.10.3. aşağıdakı məzmunda 37.3.2-1-ci maddə əlavə edilsin:

“37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir;”;

1.11. 45-ci maddənin ikinci cümləsi çıxarılsın.

 

Maddə 2. Keçid müddəaları

 

2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il

№530-VIQD

“Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2022-ci il tarixli 3173 nömrəli Sərəncamı

Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamının icrasını təmin etmək və əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

1.1. 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 mart 2022-ci il

                 № 3173

“Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli 3135 nömrəli Sərəncamı

Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası olaraq əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

1.1. 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

1.1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin;

1.2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bir ay müddətində:

2.1.1. bu Sərəncamın 1.2-ci bəndində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə, habelə həmin şəxslərə 2022-ci ildə maddi dəstək göstərilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.3. bu Sərəncamın 1.2-ci bəndində nəzərdə tutulmuş maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün tədbirlər görsün;

2.1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 fevral 2022-ci il

     № 3135

24 dekabr 2021-ci il tarixli 446-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899) 6-1-ci maddəsinin birinci cümləsində “2019-cu il 1 oktyabr tarixindən 200” sözləri “2022-ci il yanvarın 1-dən 240” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2021-ci il

№446-VIQD

2 iyul 2021-ci il tarixli 357-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 20.11.1-ci maddəyə “15 il” sözlərindən sonra “(bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 20.11-1-ci maddə əlavə edilsin:

“20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.”.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 iyul 2021-ci il

№ 357-VIQD

 

2 iyul 2021-ci il tarixli 355-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451) 41-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi

Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2021-ci il

№355-VIQD

22 iyun 2021-ci il tarixli 347-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8-ci maddənin adında “sağlamlıq imkanları məhdud uşağı olan” sözləri “uşağının əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.2. 8.2-ci maddədə “Sağlamlıq imkanları məhdud” sözləri “Əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.3. 11.1-ci maddənin ikinci cümləsində “Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun” sözləri “Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin” sözləri ilə əvəz edilsin;

1.4. 12.1-ci maddə üzrə:

1.4.1. birinci cümlədə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.4.2. ikinci cümlədə “II və III dərəcə əlilliyi olan” sözləri “Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.5. 12.2-ci maddədə, 13.3-1-ci və 17.2-ci maddələrin birinci cümlələrində “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.6. 14.1.1.2-ci maddədə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin;

1.7. 14.1.2-ci maddədə “I və ya II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.8. 20.1.1-ci, 20.1.3-cü, 20.1.4-cü, 20.1.5-1-ci, 20.1.6-cı, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.16-cı, 20.1.18-ci, 20.1.20-ci, 20.3-cü və 20.22-ci maddələrdə “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin;

1.9. 20.16.1-ci və 20.16.2-ci maddələrdə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.10. 21.2.4-cü maddədə “I dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri ilə əvəz edilsin;

1.11. 21.2.6-cı maddədə “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.12. 36-cı maddə üzrə:

1.12.1. adında “Əlillik dərəcəsi” sözləri “Orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəz edilsin;

1.12.2. 36.1-ci maddədə “Əlillik dərəcəsi” sözləri “Orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə və “əlillik dərəcəsinin” sözləri “orqanizmin funksiyalarının pozulması faizinin” sözləri ilə əvəz edilsin;

1.13. 37.5-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılsın.

Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2021-ci il

№347-VIQD

“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2020-ci il tarixli 1802 nömrəli Sərəncamı

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 fevral 2020-ci il

                   № 1802

“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2021-ci il tarixli 2491 nömrəli Sərəncamı

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 fevral 2021-ci il

                   № 2491

29 dekabr 2020-ci il tarixli 240-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6.2-ci maddənin birinci cümləsində “19-cu və 20-ci maddələrində” sözləri “20-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.2. 13.2-ci maddənin ikinci cümləsində “192-yə” sözləri ”200-ə” sözləri ilə əvəz edilsin;

1.3. 14.1-ci maddədən “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözləri çıxarılsın;

1.4. 19-cu maddə ləğv edilsin;

1.5. 22-1.2.1-ci maddədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə və “2021-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilsin;

1.6. 26.2-ci maddədən “bu Qanunun 19-cu maddəsinə uyğun” sözləri çıxarılsın;

1.7. 30.1-ci maddənin birinci cümləsindən “şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən” sözləri çıxarılsın;

1.8. 31.1-1-ci maddəyə “təyinatı” sözündən sonra “, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması” sözləri əlavə edilsin;

1.9. 37.8-ci maddədə “gündən” sözü “aydan sonrakı ayın 1-dən” sözləri ilə əvəz edilsin;

1.10. 39.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur.”.

Maddə 2. Keçid müddəalar

2.1. Bu Qanunun 1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir:

2.1.1. 2021-ci il yanvarın 1-dək təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına;

2.1.2. 2021-ci il yanvarın 1-dək hüququ yaranmış şəxslərə 2021-ci il yanvarın 1-dən sonra əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına;

2.1.3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il yanvarın 1-dək əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvələ əmək pensiyasının təyin edilməsinə.

2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.

Maddə 3. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2020-ci il

№ 240-VIQD

19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

“Yaşayış minimumu haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 974; 2006, № 6, maddə 480; 2007, № 5, maddə 401; 2017, № 12 (I kitab), maddə 2205; 2018, № 3, maddə 393) 1.0.3-cü maddəsində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 562; 2007, № 12, maddə 1218; 2008, № 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.8-ci maddədə “əlillik və ya” sözləri “əlilliklə, o cümlədən” sözləri ilə əvəz edilsin;

2.2. 7.2-ci maddədə “Şəxs donorluqla əlaqədar əlil olduqda” sözləri “Şəxsin donorluqla əlaqədar əlilliyi müəyyən edildikdə” sözləri ilə və “əmək xəsarəti” sözləri “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 563; 2008, № 7, maddə 602; 2016, № 4, maddə 650) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü maddənin birinci cümləsinə “əlillik,” sözündən sonra “o cümlədən” sözləri əlavə edilsin;

3.2. 9.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“9.2. İrsi qan xəstəliyi olan şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir.”.

Maddə 4. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 695; 2007, № 5, maddə 437, № 10, maddələr 932, 938; 2008, № 7, maddə 602; 2009, № 1, maddə 6; 2014, № 11, maddə 1374; 2015, №11, maddə 1273; 2016, № 6, maddə 992; 2017, № 1, maddə 8, № 11, maddə 1982; 2018, № 5, maddə 884; 2019, № 11, maddə 1690) 26.5-ci maddəsində “Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri “Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin.

Maddə 5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592; 2014, № 12, maddə 1516; 2016, № 4, maddə 643; 2018, № 12 (I kitab), maddələr 2470, 2530; 2019, № 1, maddələr 5, 21, № 2, maddə 184, № 12, maddə 1901) aşağıdakı məzmunda 27.2-1-ci maddə əlavə edilsin:

“27.2-1. İnzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilirlər. Bu halda ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu Qanunun məqsədləri üçün tərcüməçi hesab olunurlar.”.

Maddə 6. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1005; 2008, № 6, maddə 474, № 7, maddə 602; 2015, № 3, maddə 257; 2018, № 5, maddə 871; 2019, № 3, maddə 380) 9.0.1-ci maddəsində “qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 3, maddə 380, № 2, maddə 205, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 11-ci maddə üzrə:

7.1.1. 11.1-ci maddənin ikinci cümləsində “qrupları, əlilliyin və ya” sözləri “dərəcələri, əlilliyin, o cümlədən” sözləri ilə, “, habelə onların başvermə” sözləri “və” sözü ilə əvəz edilsin;

7.1.2. 11.2-ci və 11.2.2-ci maddələrdə “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

7.1.3. 11.2.1-ci maddədə “müharibə əlilləri” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

7.1.4. 11.3-cü maddədə “müharibə əlili” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

7.2. 12-ci maddə üzrə:

7.2.1. 12.1-ci maddənin birinci və ikinci cümlələrində “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.2.2. 12.2-ci maddədə “I qrup müharibə əlili” sözləri “müharibə ilə əlaqədar I dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;

7.3. 13.3-1-ci maddənin birinci cümləsində “I qrup müharibə əlili” sözləri “müharibə ilə əlaqədar I dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;

7.4. 14-cü maddə üzrə:

7.4.1. 14.1.1.2-ci maddədə “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

7.4.2. 14.1.2-ci maddədə “II qrup əlildirsə” sözləri “II dərəcə əlilliyi olan şəxsdirsə” sözləri ilə əvəz edilsin;

7.5. 17.2-ci maddənin birinci cümləsində “I qrup müharibə əlili” sözləri “müharibə ilə əlaqədar I dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;

7.6. 19-cu maddə üzrə:

7.6.1. 19.1.2-ci maddədə “I qrup gözdən əlillərə” sözləri “I dərəcə gözdən əlilliyi olan şəxslərə” sözləri ilə və “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.6.2. 19.1.3-cü maddədə “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə və “18 yaşınadək şəxslərə” sözləri “18 yaşınadək uşaqlara” sözləri ilə əvəz edilsin;

7.6.3. 19.1.7.1–19.1.7.3-cü, 19.1.8.1-ci və 19.1.8.2-ci maddələrdə “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.6.4. 19.1.7-ci maddədə “müharibə əlillərinə” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə, “əlilləri” sözü “ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə və “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.6.5. 19.1.8-ci maddədə “əlillərinə” sözü “bununla əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.6.6. 19.1.8.3-cü maddədə “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə və “əlil” sözü “əlilliyi” sözü ilə əvəz edilsin;

7.7. 20-ci maddə üzrə:

7.7.1. 20.1.1-ci, 20.1.3-cü, 20.1.4-cü, 20.1.5-1-ci, 20.1.6-cı, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.16-cı, 20.1.18-ci, 20.1.20-ci, 20.3-cü və 20.22-ci maddələrdə “qrup əlil olmuş” sözləri “dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

7.7.2. 20.16.1-ci maddədə “I qrup müharibə əlillərinə” sözləri “müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə, “II qrup müharibə əlillərinə” sözləri “müharibə ilə əlaqədar II dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə və “III qrup müharibə əlillərinə” sözləri “müharibə ilə əlaqədar III dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.7.3. 20.16.2-ci maddədə “I qrup digər əlillərə” sözləri “I dərəcə əlilliyi olan digər şəxslərə” sözləri ilə, “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə və hər iki halda “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.7.4. 20.17.1-ci maddədə “müharibə əlilləri” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

7.8. 21-ci maddə üzrə:

7.8.1. 21.2.4-cü maddədə “I qrup əlilə” sözləri “I dərəcə əlilliyi olan şəxsə” sözləri ilə əvəz edilsin;

7.8.2. 21.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;”;

7.9. 36-cı maddənin adında və 36.1-ci maddədə hər iki halda ismin müvafiq hallarında “qrupu” sözü ismin müvafiq hallarında “dərəcəsi” sözü ilə əvəz edilsin;

7.10. 37.5-ci maddədə “Qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “Ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri ilə əvəz edilsin;

7.11. 41-ci maddə üzrə:

7.11.1. adında “Əlillərin, 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin” sözləri “Əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin;

7.11.2. 41.1-ci maddədə “Əlil, sağlamlıq imkanları məhdud şəxs” sözləri “Əlilliyi olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri ilə əvəz edilsin;

7.11.3. 41.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“41.2. Onun əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir.”;

7.11.4. 41.4-cü maddədə “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə, “qrupuna” sözü “dərəcəsinə” sözü ilə və “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin.

Maddə 8. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618, № 11, maddələr 1240, 1306; 2017, № 7, maddə 1278; 2018, № 3, maddə 400, № 5, maddə 869; 2019, № 3, maddə 380, № 12, maddə 1893) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.0.2-ci maddədə “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

8.2. 4.0.1.3-cü maddəyə “əlilliyə” sözündən əvvəl “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri əlavə edilsin;

8.3. 7-ci maddə üzrə:

8.3.1. 7.0.3-cü maddəyə “əlilliyə” sözündən əvvəl “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri əlavə edilsin;

8.3.2. 7.0.11-ci maddədə “əlil olduğunu” sözləri “əlilliyinin müəyyən edildiyini” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanının arayışı” sözləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar” sözləri ilə əvəz edilsin;

8.4. 9-cu maddə üzrə:

8.4.1. 9.1.4.2-ci maddədə “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

8.4.2. 9.2-ci maddədə “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilsin;

8.5. 11.1.3-cü maddədə “əlilliyə” sözündən əvvəl “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri əlavə edilsin.

Maddə 9. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 216; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 212, № 5, maddə 314; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 11, maddə 923; 2008, № 12, maddə 1048; 2014, № 3, maddə 234; 2015, № 3, maddə 248, № 10, maddə 1095) ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 13-1.1-ci maddəsində “əlil olmuş” sözləri “iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 may 2020-ci il

№ 111-VIQD

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli və 9 dekabr tarixli 679-VIQD nömrəli qanunları) 39-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 39.1-ci maddəsinin mətni ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.”;

1.2. 39.4-cü maddədə “qanunvericiliyə əsasən” sözləri “bu Qanunla müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2022-ci il

№ 793-VIQD

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1568-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1568-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2019-cu il.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185, № 12 (I kitab), maddə 2580; 2019, № 2, maddə 231, № 4, maddə 653, № 5, maddə 805) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “29.1-ci maddəsində (ikinci halda)” sözlərindən sonra “, 29.1-1-ci maddəsində (ikinci halda)” sözləri əlavə edilsin;

2.2. 2.6-cı bəndə “29.1-ci maddəsində (birinci halda)” sözlərindən sonra “və 29.1-1-ci maddəsində (birinci halda)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2019-cu il.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 fevral 2019-cu il.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-ci bəndə “9.1-ci” sözlərindən əvvəl “5.3-cü,” sözləri əlavə edilsin;

3.2. 2.3-cü bəndə “31.2-ci” sözlərindən əvvəl “31.1-ci,” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2018-ci il

   № 423

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2018

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:

 

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

 

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2018-ci il

№ 3655

“2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1352 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq qərara alıram:

1. “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2018-ci il

 № 142

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-сi bənddə “1.0.5-ci, 1.0.6-cı, 10.1-ci, 29.4-cü və 45-ci maddələrində” sözləri “1.0.17-ci, 1.0.18-ci maddələrində, 26.3-cü maddəsinin ikinci cümləsində və 45-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

2.2. 2.3-cü bəndə “28-ci,” sözlərindən sonra “29.1-ci (ikinci halda), 29.3-cü,” sözləri əlavə edilsin;

2.3. 2.4-cü bəndə “Qanunun” sözündən sonra “20.14.1-ci, 20.14.4-cü,” sözləri əlavə edilsin;

2.4. 2.6-cı bənddə “və 29.2-ci maddələrində” sözləri “maddəsində (birinci halda)” sözləri ilə əvəz edilsin;

2.5. 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilsin;

2.6. 2.11-ci bənddə “maddəsinə” sözü “maddəsinin birinci cümləsinə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

3.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsində nəzərdə tutulmuş sosial sığorta ehtiyatının istifadə qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. həmin Qanunun 1.0.18-ci maddəsində nəzərdə tutulmuş xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsini aparsın;

3.4. 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasını təmin etsin;

3.5. işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasını təmin etsin;

3.6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2017-ci il

 № 1352

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2017

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2017-ci il

№ 2611

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2016

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə:

bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2016-cı il

№ 1721

Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanını “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 1.0.2-ci, 11.1-ci, 18.6-cı, 21.2.2-ci, 21.2.4-cü, 23.1-ci, 25-ci, 28-ci, 30.1-ci (birinci və ikinci cümlələrində), 31.2-ci, 32.2-ci və 41.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;”.

2. 2.7-ci bənd ləğv edilsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 6 sentyabr 2016-cı il

 № 1030