ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əlilliyin müəyyən edilməsi

  • Əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq ekspert-vətəndaş ünsiyyəti olmadan, elektron qaydada, tam obyektiv və vətəndaş məmnunluğu prinsipləri əsasında həyata keçirilir
  • Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88)
  • Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” əsasında müəyyən edilir
  • Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinika və ya xəstəxana) müraciət etməlidir
  • Tibb müəssisəsi həmin şəxslə bağlı göndəriş (Forma 88) tərtib edir. Göndəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən həkim məsləhət komissiyasını, göndərişi təsdiq edən vəzifəli şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar altsistem tərəfindən şifrələnərək adsızlaşdırılır
  • Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-sosial ekspert komissiyasına (TSEK-ə) göndərilir.
  • Əlillik qiymətləndirilərkən yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür
  • Əlilliyin müəyyən olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır
  • Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir

Əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumatın verilməsi

  • Əlilliyin müəyyən edilməsi və ya edilməməsi, həmçinin bunun səbəbi barədə məlumat vətəndaşın telefonuna sms vasitəsilə göndərilir.
  • Vətəndaş əlilliyinin qiymətləndirilməsinin nəticəsi barədə məlumatı həmçinin aşağıdakı vasitələrlə əldə edə bilər:

Hər bir şəxs əlilliyi ilə bağlı elektron arayış formasında məlumatı e-sosial.az portalından şəxsən əldə edə bilər. Portalın Android və iOS mobil tətbiqlərindən də istifadə imkanı təmin edilmişdir.

  • “142” Çağrı mərkəzi