ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əlilliyi olan gənclərin peşə-reabilitasiya mərkəzlərinə qəbul edilməsi

Müəssisə barədə ümumi məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığının və peşə-əmək reabilitasiyasının təşkili və onlara sosial xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyəti həyata keçirən publik hüquqi şəxsdir.

 

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küçəsi 14.

Mərkəzə kimlər qəbul edilirlər?

Mərkəzə fiziki və yüngül formalı psixi və əqli pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslər qəbul edilirlər.

Kimlər mərkəzə qəbul edilə bilməzlər?

Mərkəzə qəbul edilmiş digər şəxslərin həyat və sağlamlıqlarına təhlükə yarada biləcək psixi və əqli pozuntusu və ya yoluxucu xəstəliyi olan şəxslər Mərkəzə qəbul edilmirlər.

Mərkəzə qəbul hansı qaydada aparılır?

Şəxslərin Mərkəzə qəbulu onların və ya qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, habelə həmin şəxslərin razılığı ilə digər şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciətinə əsasən həyata keçirilir.

Tələb olunan sənədlər

1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, şəxsin sağlamlığı haqqında tibbi arayış

3

Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış

4

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil

5

Şəxslərin əlilliyinin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarından çıxarış (bu sənəd elektron informasiya ehtiyatlarından elektron formada əldə etmək mümkün olmadıqda tələb edilir)

Mərkəzdə göstərilən xidmətlər

  • Şəxslərin peşə hazırlığının və peşə-əmək reabilitasiyasının həyata keçirilməsi
  • Mərkəzdə olduqları müddətdə şəxslərin müvafiq yaşayış sahəsi və münasib yaşayış şəraiti ilə təmin edilməsi;
  • Hər bir şəxs üçün Fərdi Reabilitasiya Proqramına uyğun olaraq razılaşdırılmış fərdi plan hazırlamaq və fərdi plan əsasında şəxslərin peşə hazırlığını və peşə-əmək reabilitasiyasını həyata keçirmək; 
  • Mərkəzə yarımstasionar formada qəbul edilmiş şəxsləri gündə 1 (bir) dəfə, stasionar formada qəbul edilmiş şəxsləri isə gündə 3 (üç) dəfə olmaqla  sağlam və keyfiyyətli qida məhsulları ilə təmin etmək
  • Mərkəzə stasionar formada qəbul edilmiş  şəxslərə qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olaraq, şəxslərin geyim, ayaqqabı və yataq dəstləri ilə təmin edilməsi;
  • Şəxslərə ilkin tibbi yardımı təşkil etmək, tibbi məsləhətlər vermək, həmçinin ehtiyacı olan şəxslərin müalicə-profilaktika müəssisələrinə yerləşdirilməsini təmin etmək;

Qeyd

Mərkəzdə peşə hazırlığı 6-8 nəfərlik qruplar şəklində təşkil olunur. Bəzi peşələr üzrə fənlərin proqramlarının mürəkkəbliyini nəzərə alaraq, həmin peşələr üzrə məşğələlər fərdi qaydada aparıla bilər.

Peşə hazırlığına cəlb edilmiş şəxslər kurs müddəti ərzində üzrsüz səbəbdən 10 gündən artıq dərs buraxdıqda Mərkəzdən kənarlaşdırılırlar. Şəxsin peşə hazırlığına cəlb olunduğu ilk 30 (otuz) gün ərzində onun fiziki vəziyyəti və qavrama qabiliyyətinin seçdiyi peşəyə uyğun olmadığı müəyyən edilərsə, o, peşə hazırlığı rəhbəri və həkimin təqdimatına əsasən digər peşəyə yönləndirilə bilər.

Mərkəzdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ümumrespublika, habelə beynəlxalq yarışları, sərgi və müsabiqələri təşkil edilə bilər.

Eyni şəxs bir peşə üzrə yalnız bir dəfə mərkəzə qəbul olunur. Yeni bir peşə hazırlığı almaq üçün iki ildən sonra müraciət edilir.