Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri Hidayət Abdullayev iyunun 29-da Şəmkir rayonunda, Anar Əliyev isə iyunun 30-da Biləsuvar rayonunda həmin rayonların sakinlərini qəbul edəcəklər.
Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 17-23 iyun tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.