Türkiyənin İstanbul şəhərində səfərdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “YAŞAT” Fondunun dəstəyi ilə müalicə olunan qazilərimizi ziyarət ediblər.
Görüşdə döyüşlərdə yaralanaraq müalicə olunan hərbçilərimizə göstərdikləri şücaətlərə görə minnətdarlıq edilib.
Qazilərin sosial dəstəklə təminatı sahəsində aparılan işlərdən bəhs olunub. O cümlədən, onların səmərəli reabilitasiya xidmətləri və vasitələri, son nəsil protezlərlə təmin edildikləri, məşğulluğunun təminatı sahəsində ardıcıl işlər aparıldığı qeyd edilib.
Türkiyədə müalicə kursu başa çatan qazilərimizin də ölkəmizə qayıtdıqdan sonra onlarla bağlı reabilitasiya xidmətlərinin davam etdiriləcəyi, məşğulluqlarının təminatı, habelə digər istiqamətlərdə sosial dəstəklə əhatə olunmaları üçün müvafiq işlərin aparılacağı bildirilib.