Bu ilin 10 ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 9,5% və ya 380 mln. manat artım qeydə alınıb

Aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində davamlı artım tempinə imkan verib.

2021-ci ilin yanvar-oktyabr aylarında da DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5%  və ya 380 mln. manat artaraq 4 372 mln. manat təşkil edib.

Bu dövrdə Fondun xərcləri 4 054 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7%  və ya 146 mln. manat çoxdur. Həmin xərclərin 97%-ni əhaliyə ödənişlər təşkil edib.