Şəhid ailələri və qazilər üçün “Bakıdan Qarabağa” adlı ədəbi-bədii musiqili kompozisiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər üçün “Bakıdan Qarabağa” adlı ədəbi-bədii musiqili kompozisiya təqdim edilib.

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən sonra konfrans, konsert zallarının, kinoteatrların, teatrların fəaliyyətinin bərpa olunmasından sonra Heydər Əliyev Sarayının ilk tədbiridir.

Kompozisiyanın proqramının iştirakçıları Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin Hərbi Orkestri, xalq artistləri Flora Kərimova, Samir Cəfərov, Nürəddin Mehdixanlı, əməkdar artistlər Ramil Qasımov, Teymur Əmrah, Fərqanə Qasımova, İnarə Babayeva və Zamiq Hüseynov, Nərmin Kərimbəyova, Samirə, Abgül Mirzəliyev, Nadir Qafarzadə, Kənan Qədimov, Aynur İskəndərli olublar.