Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım
2021-ci ilin ilk rübündə də davam edib.
Yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7% çoxdur.