2024-cü ilin sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2024-cü ildə proqnozla müqayisədə 1 faiz və ya 71 mln. manat çox olmaqla 7 mlrd. 20 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 5 faiz və ya 273 mln. manat artaraq 5 mlrd. 752 mln. manat olub.
2024-cü ildə DSMF-nin xərcləri 6 mlrd. 889 mln. manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 13 faiz və ya 808 mln. manat çoxdur.