Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində bu kateqoriyadan olan uşaqlar tam dövlət himayəsində yaşamaqla, reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə edilib.
Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində həmin müəssisədə də uşaqların normal yaşayışı, tibbi və sosial yönümlü reabilitasiya tədbirlərinə cəlb olunmaları üçün ən müasir tələblərə uyğun şərait yaradılıb.
Müəssisədə uşaqlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Həmçinin uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq onların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnməsi, fiziki tərbiyəsi və s. istiqamətlərdə işlər aparılır.
1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin fəaliyyəti ilə bağlı Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=2K4OIkbFrjs