Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilginin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Səfərin ilk günü nümayəndə heyəti Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmaq üçün Şəhidlər xiyabanını ziyarət edib.
Sonra “Türk şəhidliyi” abidəsi ziyarət olunub.