2 ayın göstəriciləri
Məşğulluq imkanlarının artırılması, qeyri-formal məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım dinamikası davam edir.
2024-cü ilin yanvar-fevral aylarında ölkəmizdə əmək müqavilələrinin sayı 25,9 min müqavilə və ya 1,4 faiz artaraq 1 834 629-a çatıb.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin ilk ayında əməkhaqqı fondunda daha 2,3 faiz artım qeydə alınıb.
Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.