ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sanator-kurort yollayışları

Sanatoriya-kurort müalicəsi məqsədilə yollayışla təmin edilirlər:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən aşağıda qeyd olunan kateqoriyaya daxil olan imtiyazlı şəxslər sanatoriya-kurort müalicəsi məqsədilə yollayışla təmin edilirlər:

  • Aktiv əmək müqaviləsi və aktiv VÖEN-i olmayan əlilliyi olan şəxslər (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla)
  • Sağlamlıq imkanları məhdud uşaqlar
  • İkinci Dünya müharibəsi iştirakçıları
  • Şəhid ailələri
  • Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçıları, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqlar və ya 18 yaşınadək yeniyetmələr, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar
  • Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar

Müraciət qaydası

Vətəndaş regionlarda sanatoriya-kurort putyovkası ilə təmin olunmaq məqsədilə növbəyə alınmaq üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli filiallarının sanatoriya-kurort arayışına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeydiyyatda olduğu ünvan üzrə müvafiq regional filialına müraciət edir.

Vətəndaş Bakı şəhərində sanatoriya-kurort putyovkası ilə təmin olunmaq məqsədilə növbəyə alınmaq üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli filiallarının sanatoriya-kurort arayışına əsasən Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin qeydiyyatda olduğu ünvan üzrə müvafiq DOST mərkəzinə müraciət edir.