ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

0-6 yaş arası sağlamlıq imkanları məhdud uşaqların səyyar sosial reabilitasiyası xidməti

Ümumi məlumat

Sağlamlıq imkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi Sosial Xidmət Haqqında Azərbaycan Respublikasının Qanunun 19.2.6-cı maddəsi (əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara reabilitasiya xidmətinin göstərilməsi) ilə tənzimlənir.

Səyyar sosial reabilitasiya xidməti hazırda Bakı şəhəri (12 rayon) üzrə 0-6 yaş arası sağlamlıq imkanları məhdud uşaqlara göstərilir. Səyyar sosial reabilitasiya xidməti mütəxəssislərdən ibarət komanda tərəfindən göstərilir. Həmin mütəxəssislər sosial işçi, psixoloq, pedaqoq, loqopedlərdir. Hər bir mütəxəssis ilkin qiymətləndirmə zamanı SİM uşağın qiymətləndirilməsində iştirak edir. SİM uşağın diaqnozu, yaş xüsusiyyətləri, davranışlarından asılı olaraq uşağın reabilitasiyası üçün müvafiq mütəxəssislər SİM uşaq üçün fərdi reabilitasiya proqramı hazırlayırlar. Proqrama uyğun olaraq SİM uşağa səyyar sosial reabilitasiya xidməti həftədə 2 dəfə, yarım saatdan az olmamaqla göstərilir.

Şərtlər, sənədlər və müraciət

Səyyar sosial reabilitasiya xidməti 0-6 yaş arası sağlamlıq imkanları məhdud uşaqlara göstərilir. Yaşayış ünvanı Bakı şəhəri olan SİM uşaqların valideynləri, qohumları, digər qanuni nümayəndələri (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər SİM uşaqlara səyyar sosial reabilitasiya xidməti üçün Sosial Xidmətlər Agentliyinə və ya Agentliyin yerli qurumlarına, 116 123 Qayğı Çağrı Mərkəzinə, Nazirliyin 142 Çağrı Mərkəzinə müraciət edə bilərlər. SİM uşağa səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi üçün lazımi sənədlər aşağıdakılardır:

  • SİM uşağın şəxsiyyət vəsiqəsinin sürəti;
  • Uşağın valideynlərinin şəxsiyyət vəsiqələrinin sürəti;
  • Uşağın sağlamlıq imkanları məhdudluğunu təsdiq edən elektron sənəd.