Haqqı ödənilən ictimai işlər
Bu xidmət işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların müqavillələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını əhatə edir. Dövlət Məşğulluq Xidmətinin yerli Məşğulluq orqanları və DOST Mərkəzləri mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.