ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qarabağ və Şərqi Zəngəzurda Peşə hazırlığı

Böyük Qayıdış proqramının icrası çərçivəsində aparılan genişmiqyaslı işlərin bir istiqaməti də işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təmin olunmasıdır. Bu məqsədlə həmin ərazilərdə aktiv məşğulluq proqramları və sakinlərin bu proqramlara cəlb olunması işləri geniş vüsət alıb.

Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin sakinlərinin məşğulluğuna dəstək məqsədilə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən  onlar üçün kənd təsərrüfatı, tikinti, turizm, sənaye və s. sahələr üzrə peşə hazırlığı kurslarının təşkilinə də başlanıb.

Peşə kurslarına 2023-2024-cü illərdə həmin ərazilərdə məskunlaşması nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər. 

Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir.

Qeyd  olunan peşə hazırlığı kurslarına ərazi üzrə DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək və ya aşağıda qeyd edilən linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərsiniz:

Müraciət etmək üçün keçid linki