İşaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənlərə boş iş yeri üzrə işə götürdükləri işçinin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə xidmət göstərilir.
Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla son 1 (bir) ildə fəaliyyətdə olan işəgötürənlər proqrama müraciət edə bilərlər.
Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında "Reyestrlər" bölməsindən "Birgə maliyyələşmə üzrə reyestr" bölməsinə keçid etməklə proqrama müraciət etmək mümkündür.
10 iş günü ərzində;
- İşəgötürənin müraciəti qəbul edilir;
- İşəgötürənin məlumatları təhlil edilir;
- İşəgötürənə proqramda iştirakı ilə bağlı müsbət və ya imtina səbəbi bildirilir.
Bəli. İşəgötürənlər şəxsi kabinetlərindən istifadə etməklə "İşaxtaranlar" bölməsindən işçi heyəti seçə bilərlər.
3 aydan 12 ayadək həyata keçirilir.
1. Əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı;
2. İşsizlikdən sığorta haqqı;
3. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı;
4. İcbari sığorta haqqının 50 faizi.
Bəli. 3 aydan çox olmamaq şərti ilə.
İşçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.
Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.