ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Layihədə iştirak qaydası

“Məşğulluğa Dəstək Layihəsi”ndə işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər iştirak edə bilərlər.

Layihədə iştirak etmək üçün: 

Regional Məşğulluq filialı/ DOST Mərkəzinə qeydiyyatdan keçmək üçün müraciət edilir. RMF/DOST mərkəzi şəxsi ƏMAS-da qeydiyyatdan keçirdir. Karyera məsləhətçisi şəxsin məşğulluq imkanlarını qiymətləndirir (MİQ) və şəxsə FMP (fərdi məşğulluq proqramı) tərtib edilir. Şəxs MİQ nəticəsi olaraq ÖM-yə uyğun olduğu təqdirdə növbəlilik reyestrinə salınır. Şəxsin növbəliliyi çatanda DMA tərəfindən Özünüməşğulluğa cəlb etmə ilə bağlı ilkin monitorinq təşkil olunur. İlkin monitorinqin nəticəsi müsbət olduğu təqdirdə layihədə iştirak tələblərinə uyğun olan işsiz şəxslər ilkin mərhələdə biznes təlimlərinə cəlb edilirlər.

40 saatlıq “Öz biznesinə başla və təkmilləşdir” təlim kursunu tamamladıqdan sonra layihə iştirakçıları öz biznes planlarını hazırlayır və onu müdafiə edirlər. Qiymətləndirmədən uğurla keçən şəxslər istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təmin olunurlar.

Avadanlıqla təmin olunan şəxslərin öz bizneslərini təkmilləşdirməsi və uğurla idarə etməsi məqsədilə bir il ərzində texniki peşə təlimləri və mentor səfərləri təşkil edilir.

Eyni zamanda, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti müqavilə müddəti ərzində 4 dəfə olmaqla müşahidə  edilir və müqavilə müddətinin sonunda həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, əmlak vətəndaşın mülkiyyətinə daimi olaraq verilir.

Layihədən yararlanan şəxs təqdim olunmuş avadanlığı 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin hesabına qaytarmalıdır.

Layihə barəsində "142" - Çağrı mərkəzinə zəng etməklə daha ətraflı məlumat əldə etmək olar.