ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qanunvericilik

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında

 

Azərbaycan RESPUBLİKASININ Qanunu

 

Bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir.[1]

 

Maddə 1. Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunvericilik

 

1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.[2]

1.2. Ələt azad iqtisadi zonasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[3]

 

Maddə 2.Əsas anlayışlar

 

2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;

2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər;

2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;

2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;KMQ1

2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal;

2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;

2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;

2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;

2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir.

 

Maddə 3. Dövlət icbari şəxsi sığortanın prinsipləri

 

3.1. Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:

3.1.1.dövlət icbari şəxsi sığortanın məcburiliyi;

3.1.2. dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.

 

Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı

 

4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.

4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.[4]

 

Maddə 4-1. Sığortaolunanın hüquq və vəzifələri

 

4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:

4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;

4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;

4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.

4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;[5]

4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.

4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.

 

Maddə 4-2. Sığortaçının hüquq və vəzifələri

 

4-2.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

4-2.1.1. sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;

4-2.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;

4-2.1.3. sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı, sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);

4-2.1.4. sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

4-2.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:

4-2.2.1. sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

4-2.2.3. hər bir sığortalıya və bu Qanunun 9.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;

4-2.2.4. sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;

4-2.2.5. sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;

4-2.2.6. bu Qanunun 8-1-ci maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;

4-2.2.7. sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;

4-2.2.8. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 4-3. Sığortalının hüquq və vəzifələri

 

4-3.1. Sığortalının aşağıdakı hüquqları vardır:

4-3.1.1. özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

4-3.1.2. sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;

4-3.1.3. sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

4-3.1.4. sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;

4-3.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

4-3.2. Sığortalının aşağıdakı vəzifələri vardır:

4-3.2.1. Sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;

4-3.2.2. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;

4-3.2.3. sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;

4-3.2.4. sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;

4-3.2.5. sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə, rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək;

4-3.2.6. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 4-4. Sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət, artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası

 

Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [6]

 

Maddə 5. Sığorta hadisələri və ödənişləri[7]

 

Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:[8]

a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;

b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;

c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;

ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə:[9]

- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz;[10]

- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; [11]

- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; [12]

d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən:

- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz;

- az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz;[13]

- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.[14]

 

Maddə 6.Dövlət icbari şəxsi sığortanın aparılması qaydası

 

6.1. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

6.2. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya ödəyir.

6.3. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

6.4. Sığortaolunanlar hərbi qulluqçu statusu əldə etdikləri gündən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.

 

Maddə 7.Sığorta ödənişinin verilməsi

 

7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.

7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.

7.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.

 

Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina

 

8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibini həyata keçirən orqanın müvafiq prosessual qərarı olduqda;

8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla);[15]

8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.

8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir.[16]

 

Maddə 8-1. Sığorta vəsaitləri

 

8-1.1. Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

8-1.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;

8-1.1.2. kreditlər;

8-1.1.3. sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

8-1.1.4. qanunla qadağan edilməyən digər mənbələr.

8-1.2. Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

8-1.2.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

8-1.2.2. sığorta ehtiyatının yaradılmasına;

8-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

8-1.2.4. idarəetmə xərclərinə;

8-1.2.5. qanunla müəyyən edilən digər istiqamətlərə.

8-1.3. İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

8-1.4. Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

8-1.5. Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

8-1.6. Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

8-1.7. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

 

Maddə 8-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan

(qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar

 

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. [17]

 

Maddə 9. Nəzarət və bu Qanunun pozulmasına görə məsuliyyət

 

9.1. Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.

9.2. Sığortaçı dövlət icbari şəxsi sığorta sahəsində görülmüş işlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verir.

9.3. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.[18]

 

Maddə 10.Vergitutma[19]

 

Dövlət sığorta orqanlarına ödənilmiş sığorta haqları məbləğindən (sığorta xidmətlərinin göstərilməsindən alınan mənfəətdən başqa) və sığorta edilənlərə verilmiş sığorta ödənişlərindən vergi tutulmur.

 

 

Maddə 11. Mübahisələrə baxılması qaydası

 

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.[20]

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 20 may 1997-ci il

               № 296-IQ

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

2.       24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692)

3.       1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 872)

4.       20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007)

5.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

6.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 960)

7.       21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

8.       03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491)

9.       16 dekabr 2014-cü il tarixli 1130-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 fevral 2015-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 73)

10.    4 mart 2016-cı il tarixli 149-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 415)

11.    7 aprel 2017-ci il tarixli 555-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 686)

12.    28 dekabr 2018-ci il tarixli 1416-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 33)

13.    22 oktyabr 2019-cu il tarixli 1685-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr 2019-cu il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1691)

14.    19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826)

15.    3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317)

16.    22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897)

17.    20 dekabr 2022-ci il tarixli 735-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 188)

 

 

 

Konstitusiya Məhkəməsinin Qərarları

 

KMQ1 1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.

2. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytı, 27 dekabr 2022-ci il; “Respublika” qəzeti, 28 dekabr 2022-ci il, № 285)

 

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə preambulada “səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir” sözləri “həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir” sözləri ilə əvəz edilmişdir.

 

[2] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 960)  ilə 1-ci maddədə "Sığorta haqqında" sözləri "Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.

03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 1-ci maddədə “Qanunu” sözündən sonra “, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri əlavə edilmişdir.

3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə 1.1-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.

 

[3] 28 dekabr 2018-ci il tarixli 1416-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 33) ilə 1-ci maddənin mətni 1.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 1.2-ci maddə əlavə edilmişdir.

 

[4] 1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 872) ilə 2-ci maddədən "və daxili işlər" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta edilənlərə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.

24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 4-cü maddənin ikinci hissəsində "işin aparılması üçün sığortaçının xərcləri də" sözləri "sığortaçının komisyon mükafatları da" sözləri ilə əvəz edilmişdir.

20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 4-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu Qanuna uyğun olaraq hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının min misli məbləğində sığorta edilir.

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 4-cü maddəsinin birinci hissəsində “qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin on min misli” sözləri “on bir min manat” sözləri ilə əvəz edilmişdir.

2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 872) ilə 4-cü maddənin ikinci hissəsindən ", sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla" sözləri çıxarılmışdır.

03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 4-cü maddənin üçüncü hissəsi ləğv edilmişdir.

16 dekabr 2014-cü il tarixli 1130-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 fevral 2015-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 73) ilə 3-cü maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

7 aprel 2017-ci il tarixli 555-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 686ilə 2-ci maddəsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat” sözləri ilə əvəz edilmişdir.

22 oktyabr 2019-cu il tarixli 1685-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr 2019-cu il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1691) ilə 2-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilmişdir.

3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə 2 - 4-cü maddələr aşağıdakı redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 2. Sığorta olunanlar

Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.

Maddə 3. Sığortaçı

Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır.

Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının minimum miqdarı

Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.

Sığorta haqqı, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə sığorta məbləğinin və haqqının miqdarı artırıla bilər.

 

[5] 20 dekabr 2022-ci il tarixli 735-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 188) ilə 4-1.2.1-ci və 4-2.1.2-ci maddələrə “mümkün olmadığı hallarda” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.

 

[6] 3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə yeni məzmunda 4-1 – 4-4-cü maddələr əlavə edilmişdir.

 

[7] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin a)” bəndində “həlak olduqda” sözlərindən sonra mötərizədə “öldükdə” sözü əlavə edilmişdir.

 

20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “b)” bəndində “yaralandıqda (kontuziya aldıqda)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilmişdir.

 

20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “c)” bəndində “ilə” sözü “olduqda” sözü ilə əvəz edilmişdir.

 

20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “d)” bəndinin ikinci abzasında “yaralandıqda” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində” sözləri ilə əvəz edilmişdir, “pozulduğuna” sözündən sonra mötərizədə “xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə” sözləri əlavə edilmişdir, “xidməti vəzifəsini yerinə yetirməyə” sözləri “hərbi xidmətə” sözləri ilə əvəz edilmişdir.

 

20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “d)” bəndinin üçüncü abzasında “yüngül yaralandıqda” sözləri “yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə” sözləri ilə əvəz edilmişdir.

 

03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 5-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir:

a)               sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda (öldükdə) — 100 faiz;

b)               sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;

c)               sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;

ç)               xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda:

I qrup — 80 faiz;

II qrup — 60 faiz;

III qrup — 40 faiz;

d)               sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman:

ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə — 25 faiz;

yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə — 5 faiz.

 

[8] 3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə 5-ci maddənin birinci abzasda “4-cü” sözləri “4.1-ci” sözləri ilə, “məbləğinin” sözü “məbləğlərinin” sözü ilə əvəz edilmişdir.

 

[9] 19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826) ilə 5-ci maddənin birinci hissəsinin “ç” bəndinin birinci abzasında “sığorta olunana əlillik təyin olunduqda” sözləri “sığortaolunanın əlilliyi müəyyən edildikdə” sözləri ilə və həmin hissənin ikinci, üçüncü və dördüncü abzaslarında “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.

3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə 5-ci maddənin beşinci abzasda ismin müvafiq hallarında “həqiqi hərbi xidmət” sözlərindən sonra ismin müvafiq hallarında “(toplanış)” sözü əlavə olunmuşdur.

 

[10] 22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin ikinci abzasda “I dərəcə əlilliyə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına” sözləri ilə əvəz edilmişdir.

 

[11] 22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin üçüncü abzasda “II dərəcə əlilliyə” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına” sözləri ilə əvəz edilmişdir.

 

[12] 22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin dördüncü abzasda “III dərəcə əlilliyə” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına” sözləri ilə əvəz edilmişdir.

 

[13] 3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə 5-ci maddənin “d” bəndində üçüncü abzas dördüncü abzas hesab olunmuşdur və yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.

[14] 3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə 5-ci maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[15] 20 dekabr 2022-ci il tarixli 735-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 188) ilə 8.1.2-ci maddəyə “müəyyən edildikdə” sözlərindən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

 

[16] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 7-ci maddənin birinci hissəsinin “a)” bəndinin dördüncü abzasında “yaralanması (kontuziyası)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.

20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 7-ci maddənin birinci hissəsinin c)” bəndinin birinci abzasında “yaralanması” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.

20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 7-ci maddənin birinci hissəsinin ikinci abzasında “yaralanmanın” sözü “xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın)” sözləri ilə əvəz edilmişdir.

2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 960) ilə 6-cı maddənin birinci və ikinci hissələrində "sığorta etdirənlər" sözləri "sığortalılar" sözü ilə əvəz edilmişdir.

2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 960)  ilə 2-ci maddənin adında və mətnində, 5-ci maddənin birinci hissəsinin "a", "b", "c", "ç" və "d" yarımbəndlərində, 6-cı maddənin dördüncü hissəsində, 7-ci maddənin birinci hissəsinin birinci abzasında, "a" yarımbəndinin ikinci və dördüncü abzaslarında, ikinci və üçüncü hissələrində və 8-ci maddədə ismin müvafiq hallarında "sığorta edilən" sözləri ismin müvafiq hallarında "sığorta olunan" sözləri ilə əvəz edilmişdir.

21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)  ilə 7-ci maddəsinin ikinci hissəsində “tədris məktəbləri” sözləri “təhsil müəssisələri”  sözləri ilə əvəz edilmişdir.

03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 8-ci maddədə “sərxoş vəziyyətdə hərəkət etdikdə” sözləri “alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda” sözləri ilə əvəz edilmişdir.

03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 7-ci maddənin birinci hissənin “b” bəndinə yeni məzmunda üçüncü yarımbənd əlavə edilmişdir.

03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 6-cı maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 7-ci maddənin birinci hissənin “a” və “b” bəndlərinin birinci yarımbəndlərində müvafiq olaraq “notariat qaydasında təsdiq olunmuş” və “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılmışdır. 03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 7-ci maddənin üçüncü hissə ləğv edilmişdir.

16 dekabr 2014-cü il tarixli 1130-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 fevral 2015-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 73) ilə 6-cı maddəyə yeni məzmunda yeddinci hissə əlavə edilmişdir.

22 oktyabr 2019-cu il tarixli 1685-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr 2019-cu il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1691) ilə 7-ci maddənin ikinci hissəsindən “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qoşun birləşmələrinin” sözləri çıxarılmışdır və həmin hissəyə “idarələri,” sözündən sonra “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar),” sözləri əlavə edilmişdir.

19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826) ilə 7-ci maddənin birinci hissəsinin “b” bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.

Yeni redaksiyada deyilirdi:

əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti;

3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə 6 – 8-ci maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 6. Sığortanın aparılması qaydası

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.

Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər.

Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim edir.

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.

Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.

Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

Maddə 7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər

Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:

a) həlak olması (ölüm) halında;

sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti;

vərəsəlik hüququnu təsdiq edən sənəd;

sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;

b) əlillik halında:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;

hərbi bilet (yaxud onu əvəz edən sənəd);

sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti;

c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında:

xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı;

ç) hərbi qulluqçunun səhhətinin pozulmasına görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız hesab edilməsi halında:

xəstəlik vərəqəsindən çıxarış;

hərbi bilet (yaxud onu əvəz edən sənəd).

Müvafiq icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qoşun birləşmələrinin hərbi hissələri, müəssisə, təşkilat və idarələri, hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar), hərbi təhsil müəssisələri sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta olunanlara, yaxud onların vərəsələrinə kömək etməlidirlər.

sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır.

Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina

sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda.

 

[17] 3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə yeni məzmunda 8-1-ci və 8-2-ci maddələr əlavə edilmişdir.

 

[18] 03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 9-cu maddənin ikinci hissəsində “Qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilmişdir.

4 mart 2016-cı il tarixli 149-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 415) ilə 9-cu maddənin birinci abzasında “dövlət sığorta” sözləri “maliyyə bazarlarına nəzarət” sözləri ilə əvəz edilmişdir.

3 dekabr 2021-ci il tarixli 418-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 9. Nəzarət və məsuliyyət

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına müvafiq icra hakimiyyəti orqanları və maliyyə bazarlarına nəzarət orqanı nəzarət edirlər.

Bu Qanunun müddəalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 

[19] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 10-cu maddə çıxarılmışdır.

 

[20] 24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 11-ci maddədə "mübahisələrə məhkəmə qaydasında baxılır" sözləri "mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir" sözləri ilə əvəz edilmişdir.

 

03 dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə 11-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz edilmişdir.

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir.[1]

 

Maddə 1. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında qanunvericilik

 

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə digər normativ aktlarla tənzimlənir.[2]

 

Maddə 2. Əsas anlayışlar[3]

 

2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;

2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri;KMQ1.

2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri;

2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;

2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal;

2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalı tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;

2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;

2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;

2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir.

 

Maddə 3. Dövlət icbari şəxsi sığortanın prinsipləri[4]

 

3.1. Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:

3.1.1. dövlət icbari şəxsi sığortanın məcburiliyi;

3.1.2. dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.

 

Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı[5]

 

4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir.

4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər.

 

Maddə 4-1. Sığortaolunanın hüquq və vəzifələri[6]

 

4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:

4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;

4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;

4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.

4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək; [7]

4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklər barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.

4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.

 

Maddə 4-2. Sığortaçının hüquq və vəzifələri

 

4-2.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

4-2.1.1. sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;

4-2.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;

4-2.1.3. sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı, sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);

4-2.1.4. sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

4-2.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:

4-2.2.1. sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

4-2.2.3. hər bir sığortalıya və bu Qanunun 9.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;

4-2.2.4. sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;

4-2.2.5. sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;

4-2.2.6. bu Qanunun 8-1-ci maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;

4-2.2.7. sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;

4-2.2.8. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 4-3. Sığortalının hüquq və vəzifələri

 

4-3.1. Sığortalının aşağıdakı hüquqları vardır:

4-3.1.1. özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

4-3.1.2. sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;

4-3.1.3. sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

4-3.1.4. sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;

4-3.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

4-3.2. Sığortalının aşağıdakı vəzifələri vardır:

4-3.2.1. sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;

4-3.2.2. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;

4-3.2.3. sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;

4-3.2.4. sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;

4-3.2.5. sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək;

4-3.2.6. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 4-4. Sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası

 

Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 5. Sığorta hadisələri və ödənişləri

 

Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir.[8]

Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; [9]

a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz;

b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz;[10]

c) sığortaolunanın əlilliyi müəyyən edildikdə;[11]

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz;[12]

orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; [13]

orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz[14]

ç) sığortaolunan:

ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz;

az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz;

yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz.[15]

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.[16]

 

Maddə 6. Dövlət icbari şəxsi sığortanın aparılması qaydası[17]

 

6.1. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

6.2. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydada sığortaçıya ödəyir.

6.3. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

6.4. Sığortaolunanlar müvafiq olaraq qulluğa qəbul və ya vəzifəyə təyin olunduqları tarixdən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.

 

Maddə 7. Sığorta ödənişinin verilməsi[18]

 

7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.

7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.

7.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.

 

Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina[19]

 

8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [20]

8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.

8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir.

 

Maddə 8-1. Sığorta vəsaitləri[21]

 

8-1.1. Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

8-1.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;

8-1.1.2. kreditlər;

8-1.1.3. sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

8-1.1.4. qanunla qadağan edilməyən digər mənbələr.

8-1.2. Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

8-1.2.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

8-1.2.2. sığorta ehtiyatının yaradılmasına;

8-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

8-1.2.4. idarəetmə xərclərinə;

8-1.2.5. qanunla müəyyən edilən digər istiqamətlərə.

8-1.3. İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

8-1.4. Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

8-1.5. Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

8-1.6. Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

8-1.7. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

 

Maddə 8-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar

 

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

 

Maddə 9. Nəzarət və bu Qanunun pozulmasına görə məsuliyyət[22]

 

9.1. Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.

9.2. Sığortaçı dövlət icbari şəxsi sığorta sahəsində görülmüş işlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verir.

9.3. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 

Maddə 10. Vergitutma[23]

 

Dövlət sığorta orqanlarına ödənilmiş sığorta haqları məbləğindən (sığorta xidmətlərinin göstərilməsindən alınan mənfəətdən başqa və sığorta) olunanlara verilmiş sığorta ödənişlərindən vergi tutulmur.

 

Maddə 11. Mübahisələrə baxılması qaydası

 

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.[24]

 

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 5 oktyabr 1999-cu il

№ 705-IQ

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

2.       24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692)

3.       10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928)

4.       17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)

5.       6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695)

6.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)

7.       26 noyabr 2009-cu il tarixli 923-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 966)

8.       5 mart 2013-cü il tarixli 585-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 357)

9.       17 dekabr 2013-cü il tarixli 846-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 8)

10.    4 aprel 2014-cü il tarixli 931-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337)

11.    16 dekabr 2014-cü il tarixli 1132-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 75)

12.    13 fevral 2015-ci il tarixli 1189-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 251)

13.    19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827)

14.    3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318)

15.    22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897)

16.    20 dekabr 2022-ci il tarixli 723-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 176)

 

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARLARI

 

KMQ1. 1. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla" ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur.

2. Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

3. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2022-ci il tarixli Qərarı – “Respublika” qəzeti 14 may 2022-ci il, № 100)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə preambulada “qaydalarını və şərtlərini müəyyən edir” sözləri “sahəsində münasibətləri tənzimləyir” sözləri ilə əvəz edilmişdir.

 

[2] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 1-ci maddədə "Sığorta haqqında" sözləri "Mülki Məcəlləsi,"Sığorta fəaliyyəti haqqında," sözləri ilə əvəz edilmişdir.

 

3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 1-ci maddədən “Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında,” sözləri çıxarılmışdır və həmin maddədə “Qanunları və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri” sözləri “Azərbaycan Respublikasının Qanunu, habelə digər” sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928) ilə 2-ci maddəsində “müstəntiqlər,” sözündən sonra “ədliyyə orqanlarında qulluq keçən şəxslər,” sözləri əlavə edilsin, “,habelə cinayət işləri üzrə məhkəmə hökmlərini, qərarlarını və qərardadlarını, istintaq orqanlarının və prokurorların qərarlarını icra edən” sözləri çıxarılmışdır.

26 noyabr 2009-cu il tarixli 923-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 966ilə 2-ci maddəsində “ədliyyə” sözündən sonra “, miqrasiya” sözü əlavə edilmişdir.

5 mart 2013-cü il tarixli 585-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 357ilə 2-ci maddəsində “ictimai qaydanın mühafizəsinin və milli təhlükəsizliyi” sözləri “fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi” sözləri ilə əvəz edilmişdir.

13 fevral 2015-ci il tarixli 1189-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 251) ilə 2-ci maddəsindən “andlı iclasçılar,” sözləri çıxarılmışdır.

 

3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 2-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 2. Sığorta olunanlar

 

Bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, andlı iclasçılar, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər.

 

[4] 16 dekabr 2014-cü il tarixli 1132-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 75) ilə 3-cü maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 3-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 3. Sığortaçı

 

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır.

Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

 

[5] 24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 4-cü maddənin ikinci hissəsində "işin aparılması üçün sığortaçının xərcləri də" sözləri "sığortaçının komisyon mükafatları da" sözləri ilə əvəz edilmişdir.

 

2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 4-cü maddənin ikinci hissəsindən ", sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla," sözləri çıxarılmışdır.

 

3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının minimum miqdarı

 

Bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir.

Sığorta haqqı, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin bir faizi miqdarında müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər.

 

[6] 3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə yeni məzmunda 4-1 – 4-4-cü maddələr əlavə edilmişdir.

 

[7] 20 dekabr 2022-ci il tarixli 723-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 176) ilə 4-1.2.1 və 4-2.1.2-ci maddələrə “mümkün olmadığı hallarda” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.

 

[8] 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 5-ci maddənin birinci hissədə “zədələnməsi, yaralanması, xəsarət alması” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.

 

3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 5-ci maddənin birinci hissəsində “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət” sözləri “Sığortaolunanların xidməti” sözləri ilə əvəz edilsin və həmin hissəyə “alması” sözündən sonra “və (və ya) əlilliyin müəyyən edilməsi” sözləri əlavə edilmişdir.

 

[9] 3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 5-ci maddənin ikinci hissəsinə “baş verdikdə” sözlərindən sonra “bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan” sözləri əlavə edilsin, həmin hissənin “a” və “b” bəndlərində “sığorta olunan” sözləri “sığortaolunan” sözü ilə əvəz edilsin, “ç” bəndində “sığorta olunan” sözləri “sığortaolunan” sözü ilə əvəz olunsun, üçüncü abzas dördüncü abzas hesab edilmişdir və yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.

 

[10] 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 5-ci maddənin ikinci hissənin “b” yarımbəndində “zədələnmə, yaralanma və ya xəsarətə” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almağa” sözləri ilə əvəz edilmişdir.

 

[11] 19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 5-ci maddənin ikinci hissəsinin “c” bəndinin birinci abzasında “sığorta olunana əlillik təyin olunduqda” sözləri “sığortaolunanın əlilliyi müəyyən edildikdə” sözləri ilə əvəz edilmişdir.

 

[12] 22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 5-ci maddəsinin ikinci hissəsinin “c” bəndinin ikinci abzasda “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilmişdir.

 

[13] 22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 5-ci maddəsinin ikinci hissəsinin “c” bəndinin üçüncü abzasda “II dərəcə” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə” sözləri ilə əvəz edilmişdir.

 

[14] 19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 5-ci maddənin ikinci hissəsinin “c” bəndinin ikinci, üçüncü və dördüncü abzaslarında “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 5-ci maddəsinin ikinci hissəsinin “c” bəndinin dördüncü abzasda “III dərəcə” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə” sözləri ilə əvəz edilmişdir.

 

[15] 6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174) ilə 5-ci maddənin ikinci hissənin “ç” yarımbəndinin ikinci və üçüncü abzaslarında isə “yaralandıqda” sözü “xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilmişdir.

 

[16] 3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 5-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[17] 17 dekabr 2013-cü il tarixli 846-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 7ilə 6-cı maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

 

16 dekabr 2014-cü il tarixli 1132-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 75) ilə 6-cı maddəyə yeni məzmunda yeddinci hissə əlavə edilmişdir.

 

3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 6. Sığortanın aparılması qaydası

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları, müvafiq məhkəmələr və Azərbaycan Respublikası Prokurorluğu (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.

Sığorta etdirənlər məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasını təmin etmək üçün işçilərin siyahısını sığortaçıya təqdim etməklə onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər.

Sığortaçı hər rüb sığortalılara əvvəlki rübün icrasına dair hesabat təqdim edir.

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.

Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.

Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

 

[18] 17 dekabr 2013-cü il tarixli 846-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 7ilə 7-ci maddənin birinci hissəsinin “a” və “b” bəndlərinin birinci yarımbəndlərindən müvafiq olaraq “notariat qaydasında təsdiq olunmuş” və “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılmışdır.

6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 7-ci maddənin birinci hissəsinin “a” yarımbəndinin dördüncü abzasında “zədələnmə, yaralanma və ya xəsarətə” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almağa” sözləri ilə əvəz edilmişdir.

19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 7-ci maddənin birinci hissəsinin “b” bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti;

6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 7-ci maddənin birinci hissəsinin “c” yarımbəndinin birinci abzasında “yaralanması” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə, ikinci abzasında “yaralanmanın” sözü “xəsarətin (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir.

2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 7-ci maddənin ikinci hissəsində və 8-ci maddədə ismin müvafiq hallarında "sığorta edilən" sözləri ismin müvafiq hallarında "sığorta olunan" sözləri ilə əvəz edilmişdir.

4 aprel 2014-cü il tarixli 931-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337) ilə 7-ci maddənin ikinci hissəsi ləğv edilmişdir.

 

3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər

 

Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanının arayışı ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:

a) həlak olma (ölüm) halında :

sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti;

vərəsəlik hüququnu təsdiq edən sənəd;

sığorta olunan xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;

b) əlillik haqqında:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;

c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında:

xəsarətin (yaralanma, travma, kontuziya) dərəcəsi və səbəbi haqqında həkim arayışı.

sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək dövlət sığorta orqanına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müraciət etmək hüququ vardır.

 

[19] 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə  8-ci maddəsinə “narkotik vasitələrdən” sözlərindən sonra “, psixotrop maddələrdən” sözləri əlavə edilmişdir.

 

3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 8-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina

 

Sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta hadisəsinin sığorta olunanın xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi, yaxud sığorta olunan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə.

 

[20] 20 dekabr 2022-ci il tarixli 723-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 176) ilə 8.1.2-ci maddəyə “müəyyən edildikdə” sözlərindən sonra “(“İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) sözləri əlavə edilmişdir.

 

[21] 3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə yeni məzmunda 8-1 və 8-2-ci maddələr əlavə edilmişdir.

 

[22] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 6-cı maddənin birinci-üçüncü hissələrində və 9-cu maddənin ikinci hissəsində ismin müvafiq hallarında "sığorta etdirənlər" sözləri ismin müvafiq hallarında "sığortalılar" sözü ilə əvəz edilmişdir.

 

4 aprel 2014-cü il tarixli 931-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337) ilə 9-cu maddənin ikinci hissəsində “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilmişdir.

 

3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1318ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

Maddə 9. Nəzarət və məsuliyyət

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına sığorta orqanı nəzarət edir.

Bu Qanunun müddəalarının pozulmasına görə sığortalıların, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 

[23] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 10-cu maddə çıxarılmışdır.

 

[24] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 11-ci maddədə "mübahisələrə məhkəmə qaydasında baxılır" sözləri "mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir" sözləri ilə əvəz edilmişdir.

 

4 aprel 2014-cü il tarixli 931-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 337) ilə 11-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz edilmişdir.

 

“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Maddə 1 . Qanunun məqsədi

 

Bu Qanun Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra – Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri) xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin (bundan sonra – əməkdaşlar) həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir.[2]

 

Maddə 2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında qanunvericilik

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşlarının dövlət icbari şəxsi sığortasının hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

 

Maddə 3. Əsas anlayışlar

 

3.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

3.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;

3.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

3.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşları;

3.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

3.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;

3.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 8-ci maddəsi ilə müəyyən edilən hal;

3.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;

3.1.8. sığorta vəsaiti – bu Qanunun 11-1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;

3.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;

3.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsait.

 

Maddə 4. Dövlət icbari şəxsi sığortanın prinsipləri

 

4.1.Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:

4.1.1.dövlət icbari şəxsi sığortanın məcburiliyi;

4.1.2. dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.

 

Maddə 5. Sığortaolunanın hüquq və vəzifələri

 

5.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:

5.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;

5.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

5.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;

5.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.

5.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

5.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək; [3]

5.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.

5.3. Bu Qanunun 5.1.2-ci, 5.1.3-cü və 5.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.

 

Maddə 6. Sığortaçının hüquq və vəzifələri

 

6.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

6.1.1. sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;

6.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;

6.1.3. sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı, sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);

6.1.4. sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

6.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

6.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:

6.2.1. sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

6.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

6.2.3. hər bir sığortalıya və bu Qanunun 12.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;

6.2.4. sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;

6.2.5. sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;

6.2.6. bu Qanunun 11-1-ci maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;

6.2.7. sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;

6.2.8. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.[4]

 

Maddə 6-1. Sığortalının hüquq və vəzifələri

 

6-1.1. Sığortalının aşağıdakı hüquqları vardır:

6-1.1.1. özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

6-1.1.2. sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;

6-1.1.3. sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

6-1.1.4. sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;

6-1.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

6-1.2. Sığortalının aşağıdakı vəzifələri vardır:

6-1.2.1. sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;

6-1.2.2. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;

6-1.2.3. sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 7-1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;

6-1.2.4. sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;

6-1.2.5. sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək;

6-1.2.6. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.[5]

 

M a d d ə   7 . Sığorta məbləği və sığorta haqqı

 

7.1.      Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı on bir min manat, digər diplomatik vəzifə tutan şəxslər altı min altı yüz manat, inzibati-texniki xidməti həyata keçirən şəxslər isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər.[6]

7.2.      Sığorta haqqı bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 0,3 faizi miqdarında müəyyən edilir.[7]

 

Maddə 7-1. Sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası

 

Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.[8]

 

M a d d ə   8 . Sığorta ödənişləri

 

8.1. Sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir.[9]

8.2. Sığortaolunan sığorta hadisəsi nəticəsində həlak olduqda (vəfat etdikdə) və ya sağlamlığına zərər vurulduqda, ona bu Qanunun 7.1-ci maddəsində müəyyən edilmiş sığorta məbləğindən aşağıdakı miqdarda faizlə sığorta ödənişi verilir:

8.2.1. həlak olması (vəfat etməsi) - 100 faiz;

8.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə - 80 faiz;[10]

8.2.3. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə - 60 faiz;[11]

8.2.4. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə - 40 faiz;[12]

8.2.5. əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət alması - 20 faiz;[13]

8.2.5-1. az ağır xəsarət alması – 15 faiz;[14]

8.2.6. yüngül xəsarət alması - 10 faiz.

8.3. Sığortaolunan sığorta hadisəsi nəticəsində sağlamlığına vurulmuş zərərdən bu hadisənin baş verdiyi gündən üç il müddətində vəfat edərsə və ya sağlamlığına zərər vurularsa, sığortaolunanın bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq aldığı Müvafiq sığorta ödənişi ilə sığortanın tam məbləği arasındakı fərq onun varisinə və ya sığortaolunanın özünə bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişi ödənilir.[15]

8.4. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.[16]

 

Maddə 9. Dövlət icbari şəxsi sığortanın aparılması qaydası

 

9.1. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

9.2. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 7-1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortaçıya ödəyir.

9.3. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

9.4. Sığortaolunanlar işə təyin olunduqları tarixdən bu Qanunla müəyyən olunmuş qaydada sığorta olunurlar.

 

Maddə 10. Sığorta ödənişinin verilməsi

 

10.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadığı hallarda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

10.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.

10.3. Bu Qanunun 6-1.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.

10.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.

 

Maddə 11. Sığorta ödənişinin verilməsindən imtina

 

11.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

11.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

11.1.2. sığortaolunan bu Qanunun 10.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [17]

11.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

11.1.4. hadisə sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

11.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.

11.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 11.1.2-ci maddəsində göstərilən hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir.[18]

 

Maddə 11-1. Sığorta vəsaitləri

 

11-1.1. Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

11-1.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;

11-1.1.2. kreditlər;

11-1.1.3. sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

11-1.1.4. qanunla qadağan edilməyən digər mənbələr.

11-1.2. Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

11-1.2.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

11-1.2.2. sığorta ehtiyatının yaradılmasına;

11-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

11-1.2.4. idarəetmə xərclərinə;

11-1.2.5. qanunla müəyyən edilən digər istiqamətlərə.

11-1.3. İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

11-1.4. Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

11-1.5. Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

11-1.6. Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

11-1.7. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

 

Maddə 11-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar

 

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.[19]

 

Maddə 12. Nəzarət və bu Qanunun pozulmasına görə məsuliyyət

 

12.1. Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.

12.2. Sığortaçı dövlət icbari şəxsi sığorta sahəsində görülmüş işlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verir.

12.3. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.[20]

 

Maddə   13. Mübahisələrə baxılması qaydası

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.[21]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 may 2004-cü il

                   № 651-IIQ

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223)

2.       17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)

3.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

4.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)

5.       4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336)

6.       24 fevral 2015-ci il tarixli 1210-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 351)

7.       28 dekabr 2018-ci il tarixli 1419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 36)

8.       19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828)

9.       22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896)

10.    3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319)

11.    20 dekabr 2022-ci il tarixli 741-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 194)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə adında “xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari” sözləri “diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223) ilə 1.1-ci maddəsində "nümayəndəliklərində" sözündən sonra "və konsulluqlarında" sözləri əlavə edilmişdir.

3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə 1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1.         Bu Qanun Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra - Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri) qulluq edən şəxslərin icbari sığortası qaydalarını müəyyən edir.

Bu Qanunun məqsədləri üçün Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslər dedikdə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa Müvafiq olaraq diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər (diplomatik xidmət əməkdaşları) və həmin orqanların inzibati-texniki xidmətini həyata keçirən şəxslər nəzərdə tutulur.

 

[3] 20 dekabr 2022-ci il tarixli 741-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 194) ilə 5.2.1-ci və 6.1.2-ci maddələrə “mümkün olmadığı hallarda” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.

 

[4] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 2-ci maddədə "Sığorta haqqında" sözləri "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 2-ci maddədə “Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Diplomatik xidmət haqqında”, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə, bu Qanunla” sözləri “bu Qanunla, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə” sözləri ilə əvəz edilmişdir.

17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 6.2-ci maddəsində “narkotik və” sözləri “narkotik vasitələrdən, psixotrop maddələrdən və ya” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2018-ci il tarixli 1419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 36) ilə 2-ci maddənin mətni 2.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 2.2-ci maddə əlavə edilmişdir.

24 fevral 2015-ci il tarixli 1210-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 351) ilə 5-ci maddənin mətni 5.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 5.2-ci maddə əlavə edilmişdir.

3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə 2 – 6-cı maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

M a d d ə 2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında qanunvericilik

2.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası bu Qanunla, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.

2.2. Ələt azad iqtisadi zonasında Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

 

M a d d ə   3 . Sığorta olunan

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər bu Qanuna uyğun olaraq sığorta olunanlardır.

M a d d ə   4 . sığortalı

Sığortalı Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən Müvafiq icra hakimiyyəti orqanıdır.

M a d d ə   5 . Sığortaçı

5.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin sığortaçısı dövlət sığorta orqanıdır.

5.2. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

M a d d ə   6 . Sığorta hadisəsi

6.1.         Sığorta olunanın fərdi qəza (bədbəxt hadisə) nəticəsində həlak olması (vəfat etməsi) və ya sağlamlığına zərər vurulması (əlillik və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir.

6.2.         Fərdi qəzanın (bədbəxt hadisənin) sığorta olunanın sərxoş halda olması, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya toksiki maddələrdən istifadəsi, özünə qəsd etməsi nəticəsində baş verməsi sığorta hadisəsi sayılmır.

Sığorta hadisəsi baş verdikdə sığorta olunan və ya sığortalı bu barədə sığortaçım xəbərdar etməlidir.

 

[5] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə yeni məzmunda 6-1-ci maddə əlavə edilmişdir.

 

[6] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə  7.1-ci maddəsində “şərti maliyyə vahidinin 10 (on) min misli” sözləri “on bir min manat” sözləri ilə, “şərti maliyyə vahidinin 6 (altı) min misli” sözləri “altı min altı yüz manat” sözləri ilə və “şərti maliyyə vahidinin 4 (dörd) min misli” sözləri “dörd min dörd yüz manat” sözləri ilə əvəz edilmişdir.

 

[7] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə 7.2-ci maddədə “sığorta haqqı” sözlərindən sonra “bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan” sözləri əlavə edilmişdir.

 

[8] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə yeni məzmunda 7-1-ci maddə əlavə edilmişdir.

 

[9] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə 8.1-ci və 8.2-ci maddələr müvafiq olaraq 8.2-ci və 8.3-cü maddələr hesab olunmuşdur və yeni məzmunda 8.1-ci maddə əlavə edilmişdir.

 

[10] 19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828ilə 8.1.2-ci, 8.1.3-cü və 8.1.4-cü maddələrdə “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896ilə 8.1.2-ci maddədə “I dərəcə əlillik” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə” sözləri ilə əvəz edilmişdir.

 

[11] 22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896ilə 8.1.3-cü maddədə “II dərəcə əlillik” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə” sözləri ilə əvəz edilmişdir.

 

[12] 22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896ilə 8.1.4-cü maddədə "III dərəcə əlillik” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə” sözləri ilə əvəz edilmişdir.

 

[13] 19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828ilə 8.1.5-ci maddədə “qrupu təyin olunmadan” sözləri “dərəcəsi müəyyən edilmədən” sözləri ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896ilə 8.1.5-ci maddədən “dərəcəsi” sözü çıxarılmışdır.

 

[14] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə 8.2-ci maddədə “Sığorta olunan” sözləri “Sığortaolunan” sözü ilə əvəz edilmişdir və yeni məzmunda 8.2.5-1-ci maddə əlavə edilmişdir.

 

[15] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə 8.3-cü maddədə “Sığorta olunan” sözləri “Sığortaolunan” sözü ilə, hər iki halda “sığorta olunanın” sözləri “sığortaolunanın” sözü ilə əvəz edilmişdir.

 

[16] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə yeni məzmunda 8.4-cü maddə əlavə edilmişdir.

 

[17] 20 dekabr 2022-ci il tarixli 741-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 194) ilə 11.1.2-ci maddəyə “müəyyən edildikdə” sözlərindən sonra (“İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

 

[18] 4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə yeni məzmunda 9.7-ci maddə əlavə edilmişdir.

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 10.2-ci maddə ləğv edilmişdir.

24 fevral 2015-ci il tarixli 1210-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 351) ilə yeni məzmunda 10.3-cü maddə əlavə edilmişdir.

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 11.1.1.2-ci maddədən “notariat qaydasında təsdiq olunmuş” və 11.1.2.1-ci maddədən “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılmışdır.

19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828ilə 11.1.2.1-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

11.1.2.1. əlillik haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixi göstərilməklə) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın notariat qaydasında təsdiq edilmiş surəti;

3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə 9 – 11-ci maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

M a d d ə   9 . Sığortanın aparılması qaydaları

9.1.          Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası sığortalı ilə sığortaçı arasında bağlanmış müqavilə əsasında aparılır.

9.2.          sığortalı növbəti il üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin siyahısını tərtib edir və cari ilin sonunadək sığortaçıya təqdim edir.

9.3.   Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində dövlət qulluğuna qəbul edilən şəxslər işə qəbul olunduqları tarixdən müvafiq qaydada sığorta olunmuş hesab edilirlər.

9.4.   Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

9.5.          Sığorta haqlarının məbləği hər ilin əvvəlində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin sayına uyğun olaraq hesablanır.

9.6.   Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləği sığortalı tərəfindən rübdə bir dəfə sığortaçının hesabına köçürülür.

9.7.    Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.

M a d d ə   10. Sığorta ödənişinin verilməsi müddəti

10.1.          Sığortaçı bu Qanunla nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun varisinə sığorta ödənişini bu Qanunun 11-ci maddəsində göstərilmiş sənədləri aldığı gündən 7 (yeddi) təqvim günü ərzində ödəyir.

10.2.          Sığorta olunan, yaxud onun varisi sığorta ödənişini bu Qanunla müəyyən edilmiş hallarda və qaydada almadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Müvafiq olaraq sığorta hadisəsinin baş verdiyi gündən 3 (üç) il müddətində sığortaçıdan tələb etmək hüququna malikdir.

10.3.          Sığortaçı sığorta ödənişini bu Qanunun 10.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

M a d d ə   11. Sığorta ödənişinin alınması üçün tələb olunan sənədlər

11.1. Sığorta ödənişinin alınması üçün sığorta olunan, yaxud onun varisi tərəfindən müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığorta olunanın qulluq etdiyi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində tutduğu vəzifə barədə arayışla birlikdə sığortaçıya aşağıdakı sənədlər təqdim edilir:

11.1.1.   həlak olması (vəfat etməsi) halında:

11.1.1.1.               sığorta olunanın ölümü haqqında şəhadətnamənin surəti;

11.1.1.2.               vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;

11.1.2.   sığorta olunanın sağlamlığına zərər vurulduğu halda:

11.1.2.1.               “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;

11.1.2.2.               ağır və ya yüngül xəsarətin alınmasını təsdiq edən tibbi arayış.

11.2. Ağır və yüngül xəsarət növlərinin siyahısını Müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

[19] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə yeni məzmunda 11-1-ci və 11-2-ci maddələr əlavə edilmişdir.

 

[20] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 4-cü maddənin adında və mətnində, 6.3-cü, 9.1-ci, 9.2-ci, 9.6-cı, 12.1-ci və 12.2-ci maddələrdə ismin müvafiq hallarında "sığorta etdirən" sözləri ismin müvafiq hallarında "sığortalı" sözü ilə əvəz edilmişdir.

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 12.2-ci maddədə “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilmişdir.

3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə   12. Bu Qanunun icrasına nəzarət və onun pozulmasına rə məsuliyyət

12.1.         Bu Qanunun icrasına nəzarəti öz səlahiyyətləri daxilində sığortalı və sığortaçı həyata keçirir.

Bu Qanunun müddəalarının pozulmasına görə sığortalının və sığortaçının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 

[21] 4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 13-cü maddədə “mübahisələr” sözündən sonra “Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən” sözləri əlavə edilmişdir.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun IV-I fəsli

Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Birinci fəsil

 

Ümumİ müddəalar

 

Maddə 1. Azərbaycan Respublikası Milli Məclisi deputatının statusunun Konstitusiya əsasları

 

Azərbaycan Respublikası Milli Məclisi deputatının (bundan sonra “deputat” adlanacaq) statusunun əsasları Azərbaycan Respublikası Konstitusiyasının 4-cü, 82-ci, 83-cü maddələri ilə, 84-cü maddəsinin üçüncü və dördüncü hissələri ilə, 85-ci,86-cı, 87-ci maddələri ilə, 88-ci maddəsinin ikinci hissəsi ilə, 89-cu, 90-cı, 91-ci maddələri ilə, 94-cü maddəsinin birinci hissəsinin 3-cü bəndi ilə, 96-cı maddəsinin birinci hissəsi ilə müəyyən edilir.

Deputatın statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

 

Maddə 2. Qanunun tətbiq sahəsi

 

Bu Qanun deputatın səlahiyyətlərini və vəzifələrini müəyyən edir, deputatlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatları nəzərdə tutur.

 

Maddə 2-1. Əsas anlayışlar[1]

 

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

dövlət icbari şəxsi sığorta – sığortaolunanın həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;

sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

sığortaolunan – deputat;

sığortalı – Azərbaycan Respublikasının Milli Məclisi;

sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;

sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 30-4-cü maddəsi ilə müəyyən edilən hal;

sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;

sığorta vəsaiti – bu Qanunun 30-9-cu maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;

sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;

sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsait.

 

Maddə 3. Deputatın statusunun təminatı

 

Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və Azərbaycan Respublikasının başqa qanunlarında təsbit edilmiş deputatın səlahiyyətlərinin maneəsiz həyata keçirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təminat verilir.

Deputat öz səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, bu Qanunu, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsini və Azərbaycan Respublikasının başqa qanunlarını rəhbər tutmalıdır.

Deputatın dövlət icbari şəxsi sığortası bu Qanunun IV-I fəslinə uyğun olaraq həyata keçirilir.[2]

 

Maddə 4. Deputatın səlahiyyətləri

 

Deputatın aşağıdakı səlahiyyətləri vardır:

Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək;

Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək;

qanunvericilik təşəbbüsünü həyata keçirmək;

deputat sorğusu vermək;

məlumat almaq və yaymaq;

toxunulmaz olmaq;

Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifaə verməkdən imtina etmək;

vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.

Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.[3]

 

Maddə 5. Deputatlıq fəaliyyətinin formaları[4]

 

Deputat aşağıdakı formalarda fəaliyyət göstərir;

Milli Məclisin iclaslarında iştirak edir;

Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir;

Milli Məclisin, Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirir;

deputat sorğuları verir;

seçicilərlə iş aparır.

 

Maddə 6. Deputatın vəsiqəsi və döş nişanı

 

Hər bir deputata Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir.

Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Milli Məclisin qərarı ilə təsdiq edilir.

 

İkinci fəsil

Deputatın hüquqları və vəzİfələrİ

 

Maddə 7. Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti

 

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardır.

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin bütün iclaslarında həlledici səs hüququ vardır.

Deputat Azərbaycan Respublikası Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər.

Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında Azərbaycan Respublikası Milli Məclisi sədrinin razılığı ilə müraciətlər və bəyanatlar ilə çıxış edə bilər.

 

Maddə 8. Deputatın Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti

 

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti vardır.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin, sədr müavinlərinin Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyaları sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.[5]

 

Maddə 9. Deputatın qanunvericilik təşəbbüsü hüququ

 

Deputatın Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilən qanunvericilik təşəbbüsü hüququ vardır.

Deputat qanunvericilik təşəbbüsü hüququnu  aşağıdakı formalarda həyata keçirir:

yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;

qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında layihə təklif edə bilər;

qüvvədə olan qanunun və ya qərarın ləğv edilməsi haqqında layihə təklif edə bilər;

Azərbaycan Respublikasının Milli Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında təkliflər irəli sürə bilər.[6]

Deputatın qanunvericilik təşəbbüsü hüququ onun təqdim etdiyi qanun və ya qərar layihələrinə Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarında baxılması və bu barədə müvafiq qərar qəbul edilməsi ilə, qanunvericilik təşəbbüsü irəli sürən deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarında çıxış etməsinə şərait yaradılması ilə təmin olunur.[7]

 

Maddə 10. Deputat sorğusu

 

Deputat öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının Baş prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə Azərbaycan Respublikasının Auditorlar Palatasına sorğu verə bilər.[8]

Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Azərbaycan Respublikası Milli Məclisinin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.

Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.

 

Maddə 11. Deputatın məlumat almaq və yaymaq hüququ

 

Deputatın qanunla qadağan edilməmiş üsullarla məlumat almaq və yaymaq hüququ vardır.

Deputat Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi sənədlərlə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları ilə təmin olunur.

Deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları və sənədləri almaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarına, dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına müraciət edə bilər. Həmin orqanlar tələb olunan materialları və sənədləri dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini gözləməklə 10 gün müddətində deputata təqdim etməlidirlər.

 

Maddə 12. Deputatın toxunulmazlığı

 

Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır.

Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.

Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

 

Maddə 12-1. Deputatın təhlükəsizliyi[9]

 

Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

 

Maddə 13. Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ

 

Deputatlıq fəaliyyətinin Həyata keçirilməsi ilə bağlı ona məlum olmuş hallar haqqında Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada şahid qismində ifadə verməkdən imtina etmək hüququna malikdir.

 

Maddə 14. Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ

 

Deputat Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.

 

Maddə 15. Deputatın çıxışlarının dərc edilməsi

 

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarında etdiyi çıxışlar “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları”nda rəsmən dərc edilir. “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları” dərc edilməzdən əvvəl deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ var.

Azərbaycan Respublikası Milli Məclisinin iclasında iştirak etmiş, lakin çıxış etməyə imkanı olmamış deputat öz çıxışının mətnini, habelə müzakirə olunan məsələ barəsində yazılı təkliflərini və qeydlərini Azərbaycan Respublikası Milli Məclisinin iclasına sədrlik edənə verə bilər. Çıxışın, habelə təklif və qeydlərin mətni iclasın stenoqramına daxil edilir və “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları”nda rəsmən dərc olunur.

 

Maddə 16. Deputatın vəzifələri[10]

 

Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmalı, etik davranış qaydalarına əməl etməlidir.

Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiylarının iclaslarında iştirak etməlidir. Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.[11]

 

Maddə 17. Deputatın etik davranış qaydaları

 

Deputatın etik davranış qaydaları və həmin qaydalara əməl olunmasının hüquqi mexanizmi “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.[12]

 

Üçüncü fəsil

Deputatın seçİcİlərlə İş aparması

 

Maddə 18. Deputatın seçicilərlə əlaqə saxlaması

 

Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar rəsmi mediada işıqlandırılır.[13]

Deputat seçiciləri qəbul etmək üçün Azərbaycan Respublikasının hər şəhərində və rayon mərkəzində (Bakı, Gəncə və Sumqayıt şəhərlərində isə – hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.

 

Maddə 19. Seçicilərin hüquqlarının, azadlıqlarının və mənafelərinin təmin edilməsi üçün deputatın fəaliyyəti

 

Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər.

Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər.

 

Maddə 20. Deputatın icra və məhkəmə hakimiyyəti orqanlarına, prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciətləri

 

Deputat seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək zəruri hallarda müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarına (məhkəmə orqanlarının konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etməmək şərti ilə), prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciət edə bilər.

Müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları müraciət etmiş deputata 15 gündən gec olmayaraq cavab verməlidirlər.

 

Dördüncü fəsil

Deputatlıq fəalİyyətİnİn təmİnatları

 

Maddə 21. Deputatın maddi təminatı[14]

 

Deputat hər ay vəzifə maaşı ,vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.

Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.[15]

Milli Məclisin sədri 3550 manat məbləğində aylıq vəzifə maaşı alır.[16]

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.[17]

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə alırlar.[18]

Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.[19]

 

Maddə 21-1. Deputatın köməkçisi[20]

 

Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.

Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.

 

Maddə 22. Deputatın hərbi çağırışdan və hərbi toplanışdan azad olunması

 

Deputat səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunur.

 

Maddə 23. Deputatın təhlükəsizliyi

 

Deputatın təhlükəsizliyinə dövlət təminat verir.

 

Maddə 24. Deputatın dövlət sığortası[21]

 

Deputatın həyatı və sağlamlığı Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına onun 5 illik əmək haqqı məbləğində sığorta edilir.

Deputatlıq fəaliyyəti ilə bağlı deputatın ölümü, yaxud xəsarət alması ilə əlaqədar sığorta məbləğini dövlət sığorta orqanları verirlər.

 

Maddə 24-1. Vəfat etmiş deputatın və sabiq deputatın ailə üzvlərinin pensiya təminatı[22]

 

Deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

Maddə 25. Deputatın nəqliyyatdan istifadə etmək hüququ

 

Deputat Azərbaycan Respublikası ərazisində dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil, su nəqliyyatında, gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edir.[23]

Deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.

 

Maddə 26. Deputatın mənzil təminatı və daimi yaşadığı yerin rabitə vasitələri ilə təchiz olunması

 

Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şaraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

 

Maddə 27. Deputatın diplomatik pasportu

 

Deputata diplomatik pasport verilir.

 

Maddə 28. Deputatın iş stajının hesablanması

 

Deputatın səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.

 

Maddə 29. Deputatın məzuniyyəti[24]

 

Milli Məclis tətilə buraxıldığı vaxt deputata məzuniyyət verilir. Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.[25]

 

Maddə 30. Deputatın səlahiyyət müddəti qurtardıqdan sonra təminatları[26]

 

Səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirmiş qaydada müavinət alır.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[27]

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.

Pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Milli Məclisin sədri, Milli Məclis sədrinin birinci müavini, Milli Məclis sədrinin müavini, Milli Məclisin komissiya sədri və ya Milli Məclisin komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Milli Məclis sədrinin, Milli Məclis sədrinin birinci müavininin, Milli Məclis sədrinin müavininin, Milli Məclisin komissiya sədrinin və ya Milli Məclisin komissiya sədri müavininin orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir.

Pensiyaya çıxmış deputat vəfat etdikdə onun ailə üzvləri - dul arvadı (əri), anası (atası), və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları onun pensiyasını alırlar.

Bu qanunda "orta aylıq əmək haqqı" dedikdə deputatın son on iki ay ərzində Milli Məclisdən aldığı vəzifə maaşının, müavinətlərin və vergi tutulan başqa əlavə ödənişlərin cəminin 12-yə bölünməsindən alınan məbləğ başa düşülür.

 

IV-I fəsil[28]

Deputatın həyat və sağlamlığının dövlət İcbarİ şəxsi sığortası[29]

 

Maddə 30-1. Dövlət icbari şəxsi sığortanın prinsipləri[30]

 

Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:

dövlət icbari şəxsi sığortanın məcburiliyi;

dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.

 

Maddə 30-2. Deputatın sığortaçısı[31]

 

Deputatın sığortaçısı dövlət sığorta orqanıdır.

 

Maddə 30-3. Sığorta məbləği və sığorta haqqı

 

Sığortaolunan 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.[32]

Sığorta haqqı bu Qanunun 30-3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulan sığorta məbləğinin bir faizi miqdarında müəyyənləşdirilir.[33]

 

Maddə 30-4. Sığorta hadisəsi və sığorta ödənişi

 

sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır.[34]

Sığorta hadisəsi baş verdikdə sığortaolunana bu Qanunun 30-3-cü maddəsinin birinci hissəsində müəyyən edilmiş sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilir:

1) həlak olduqda - 100%;

2) aldığı xəsarət nəticəsində əlillik dərəcəsi müəyyən edildikdə:[35]

- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80%;[36]

- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60%;[37]

- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40%;[38]

3) əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət aldıqda - 20%;[39]

3-1) az ağır xəsarət aldıqda - 10 %;[40]

4) yüngül xəsarət aldıqda - 5%.

Deputat olarkən aldığı xəsarət nəticəsində sığortaolunan deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra deputat olarkən aldığı xəsarət nəticəsində 3 il müddətində vəfat etdikdə və ya sağlamlığına zərər dəydikdə ona bu maddənin ikinci hissəsinə uyğun sığorta ödənişi verilir.[41]

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.[42]

 

Maddə 30-5. Dövlət icbari şəxsi sığortanın aparılması qaydası[43]

 

Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 30-7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qaydada sığortaçıya ödəyir.

Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

Sığortaolunanlar fəaliyyətə başladığı tarixdən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.

 

Maddə 30-6. Sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri

 

Sığortaolunanın aşağıdakı hüquqları vardır:

1) dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;

2) sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

3) sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;

4) yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.

Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

1) sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;[44]

2) fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.

Bu Qanunun 30-6-cı maddəsinin birinci hissəsinin 2-ci və 3-cü bəndləri və ikinci hissəsinin 1-ci bəndi sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.

Sığortaçının aşağıdakı hüquqları vardır:

1) sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;

2) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;

3) sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);

4) sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

5) bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Sığortaçının aşağıdakı vəzifələri vardır:

1) sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

2) sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

3) hər bir sığortalıya və bu Qanunun 30-10-cu maddəsinə əsasən dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;

4) sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;

5) sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;

6) bu Qanunun 30-9-cu maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;

7) sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;

8) bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Sığortalının aşağıdakı hüquqları vardır:

1) özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

2) sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;

3) sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

4) sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;

5) bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Sığortalının aşağıdakı vəzifələri vardır:

1) sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;

2) bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;

3) sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 30-7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;

4) sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;

5) sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə, rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək;

6) bu Qanunla müəyyən olunmuş digər vəzifələri həyata keçirmək.

 

Maddə 30-7. Sığortaolunanların və sığortalıların uçotu, sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması və sığorta ödənişinin verilməsi

 

Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.

Sığorta ödənişi bu Qanunun 30-6-cı maddəsinin yeddinci hissəsinin 5-ci bəndinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.

Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.

 

Maddə 30-8. Sığorta ödənişinin verilməsindən imtina[45]

 

Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

sığorta olunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

sığortaolunan bu Qanunun 30-7-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla);[46]

baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.

Sığorta ödənişinin verilməsindən bu Qanunun 30-8-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir.

 

Maddə 30-9. Sığorta vəsaitləri[47]

 

Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;

kreditlər;

sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

qanunla qadağan edilməyən digər mənbələr.

Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

sığorta ehtiyatının yaradılmasına;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

idarəetmə xərclərinə;

qanunla müəyyən edilən digər istiqamətlərə.

İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

 

Maddə 30-10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar

 

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

 

Maddə 30-11. Deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyət

 

Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.

Bu Qanunun deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 

Maddə 30-12. Deputatın icbari sığortası ilə əlaqədar mübahisələrə baxılması qaydası

 

Dövlət icbari şəxsi sığorta ilə əlaqədar mübahisələr inzibati və məhkəmə qaydasında həll edilir.

 

Beşinci fəsil

Deputatın statusunun pozulmasına görə məsulİyyət

 

Maddə 31. Deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətməyə görə məsuliyyət

 

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri və başqa işçiləri, vətəndaşlar deputat səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törədərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

Həmin orqanlar və şəxslər deputata bilərəkdən yalan məlumatlar verərlərsə, bu məlumatların yalan olub-olmaması məhkəmə qaydasında müəyyən edilməlidir.

 

Maddə 32. Deputata qeyri-qanuni təsir göstərilməsinə görə məsuliyyət

 

Deputata qeyri - qanuni təsir göstərən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

 

Maddə 33. Deputatın səlahiyyətlərinin, toxunulmazlığının və təhlükəsizliyinin pozulmasına görə məsuliyyət

 

Deputatın səlahiyyətlərini, toxunulmazlığını və təhlükəsizliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər Əlİyev

 

Bakı şəhəri, 17 may 1996-cı il

№ 73-IQ

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 oktyabr 2001-ci il tarixli 210-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 4)

2.       15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

3.       29 iyun 2004-cü il tarixli 718-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 606)

4.       1 sentyabr 2004-cü il tarixli 723-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 666)

5.       1 fevral  2007-ci il tarixli nömrəli 239-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 206 )

6.       17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)

7.       16 iyun 2007-ci il tarixli 393-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 598)

8.       19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)

9.       13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2008-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 699)

10.    2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)

11.    14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395)

12.    5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

13.    17 dekabr 2013-cü il tarixli 841-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2013-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1497)

14.    6 mart 2018-ci il tarixli 1032-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 399)

15.    4 may 2018-ci il tarixli 1121-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 886)

16.    27 noyabr 2018-ci il tarixli 1337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, I kitab, maddə 2481)

17.    9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194)

18.    17 aprel 2020-ci il tarixli 46-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 aprel 2020-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 394)

19.    19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826)

20.    3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316)

21.    22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897)

22.    29 iyun 2022-ci il tarixli 569-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyul 2022-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 714)

23.    20 dekabr 2022-ci il tarixli 720-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 173)

24.    17 fevral 2023-cü il tarixli 809-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 447)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə yeni məzmunda 2-1-ci maddə əlavə edilmişdir.

 

[2] 3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 3-cü maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[3] 17 aprel 2020-ci il tarixli 46-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 aprel 2020-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 394) ilə 4-cü maddəsinə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[4] 14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395) ilə 5-ci maddənin üçüncü və dördüncü abzaslarında "komissiyalarının" sözlərindən əvvəl "komitə və" sözləri əlavə edilmişdir.

 

[5] 14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395) ilə 8-ci maddənin 2-ci hissəsində "Milli Məclisi komissiyaları" sözləri "Milli Məclisinin komitə və komissiyaları" sözləri ilə əvəz edilmişdir.

 

[6] 27 noyabr 2018-ci il tarixli 1337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, I kitab, maddə 2481) ilə 9-cu maddənin ikinci hissəsinin ikinci və dördüncü bəndlərindən “və əlavələr” sözləri çıxarılmışdır, üçüncü bəndində “qüvvədən düşməsi” sözləri “ləğv edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395) ilə 9-cu maddənin 3-cü hissəsində "komissiyalarında" və "komissiyalarının" sözlərindən əvvəl "komitə və" sözləri əlavə edilmişdir.

 

[8] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə 10-cu maddəsinin birinci hissəsində “Milli Bankının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilmişdir.

 

[9] 19 oktyabr 2001-ci il tarixli 210-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 4) ilə Qanuna 12-1-ci maddə əlavə edilmişdir.

 

[10] 14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395) ilə 16-cı maddənin 2-ci hissəsinin birinci cümləsində "Milli Məclisi" sözləri "Milli Məclisinin komitə və" sözləri ilə əvəz edilsin, ikinci cümləsində isə "komissiyalarının" sözündən əvvəl "komitə və" sözləri əlavə edilmişdir.

 

[11] 27 noyabr 2018-ci il tarixli 1337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, I kitab, maddə 2481) ilə 16-cı maddənin birinci hissəsində “deputat etikasını gözləməlidir” sözləri “etik davranış qaydalarına əməl etməlidir” sözləri ilə, ikinci hissəsində “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilmişdir.

9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 16-cı maddənin ikinci hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Üzürsüz səbəbdən Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarını buraxan deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.

 

[12] 14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395) ilə 17-ci maddədə "komissiyalarının" sözündən əvvəl "komitə və" sözləri əlavə edilmişdir.

27 noyabr 2018-ci il tarixli 1337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, I kitab, maddə 2481) ilə 17-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 17.  Deputat etikası

Deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.

 

[13] 17 fevral 2023-cü il tarixli 809-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 447ilə 18-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “dövlət kütləvi informasiya vasitələrində” sözləri “rəsmi mediada” sözləri ilə əvəz edilmişdir.

 

[14] 29 iyun 2004-cü il tarixli 718-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 606) ilə 21-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

“Deputat hər ay əmək haqqı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.

Deputatların əmək haqqının və pul təminatının məbləği hər il üçün Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müəyyənləşdirilir.”

 

[15] 27 noyabr 2018-ci il tarixli 1337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, I kitab, maddə 2481) ilə 21-ci maddənin birinci hissəyə “maaşı” sözündən sonra “ ,vəzifə maaşına əlavə” sözləri əlavə edilmişdir.

29 iyun 2022-ci il tarixli 569-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyul 2022-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 714) ilə 21-ci maddənin birinci, ikinci və altıncı hissələr ləğv edilmişdir.

 

[16] 16 iyun 2007-ci il tarixli 393-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 598) ilə 21-ci maddəsinin üçüncü hissəsində “şərti maliyyə vahidinin 1400 misli” sözləri “1950 manat” sözləri ilə əvəz edilmişdir.

17 dekabr 2013-cü il tarixli 841-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2013-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1497ilə 21-ci maddəsinin üçüncü hissəsində “1950” rəqəmləri “2250” rəqəmləri ilə əvəz edilmişdir.

4 may 2018-ci il tarixli 1121-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 886) ilə 21-ci maddəsinin üçüncü hissəsində “2250” rəqəmləri “2475” rəqəmləri ilə əvəz edilmişdir.

29 iyun 2022-ci il tarixli 569-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyul 2022-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 714) ilə 21-ci maddənin üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilmişdir.

 

[17] 14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395) ilə 21-ci maddənin dördüncü hissəsində hər iki halda və beşinci hissəsində "komissiya" sözündən əvvəl "komitə və" sözləri əlavə edilmişdir.

 

[18] 27 noyabr 2018-ci il tarixli 1337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, I kitab, maddə 2481) ilə 21-ci maddəyə beşinci hissə əlavə edilmişdir.

29 iyun 2022-ci il tarixli 569-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyul 2022-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 714) ilə 21-ci maddənin beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəz edilmişdir.

 

[19] 1 sentyabr 2004-cü il tarixli 723-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 666) ilə 21-ci maddənin üçüncü hissəsi çıxarılmış və yeni üçüncü, dördüncü və beşinci hissələr əlavə edilmişdir. Maddənin üçüncü hissəsinin əvvəlki redaksiyasında deyilirdi:

“Milli Məclis sədrinin, Milli Məclis sədrinin birinci müavininin, Milli Məclis sədrinin müavininin, Milli Məclisin komissiya sədrinin, Milli Məclisin komissiya sədri müavininin və deputatın vəzifə maaşlarının məbləğləri, habelə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatının məbləği Milli Məclisin qərarı ilə müəyyənləşdirilir.”

 

13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2008-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 699) ilə 21-сi maddəsinin beşinci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir.

 

[20]  1 fevral  2007-ci il tarixli nömrəli 239-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-cı il, № 3, maddə 206 ) ilə  21-1-ci maddə əlavə edilmişdir.

 

[21] 29 iyun 2004-cü il tarixli 718-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 606) ilə 24-cü maddə çıxarılmışdır.

 

[22] 29 iyun 2004-cü il tarixli 718-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 606) ilə Qanuna 24-1-ci maddə əlavə edilmişdir.

19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 24-1-ci maddədə, maddənin adında “deputatın” sözündən sonra “və sabiq deputatın” sözləri əlavə edilmişdir və maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Deputat səlahiyyət müddətində vəfat etdikdə, onun ailə üzvləri - dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları həmin deputatın orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alırlar.

 

6 mart 2018-ci il tarixli 1032-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 399) ilə 24-1-ci maddə ləğv edilmişdir.

 

[23] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 25-ci maddəsinin birinci hissəsindən "şəhər nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

“Deputat Azərbaycan Respublikası ərazisində dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil, su nəqliyyatında, şəhər nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edir.”

 

[24] 29 iyun 2004-cü il tarixli 718-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 606) ilə 29-cu maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

“Maddə 29.               Deputatın müalicə olunması və istirahət etməsi üçün pul təminatı

Deputatın müalicə olunması və istirahət etməsi üçün Azərbaycan Respublikasının Milli Məclisi tətilə buraxıldığı vaxt deputata onun iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.”

 

[25] 29 iyun 2022-ci il tarixli 569-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyul 2022-ci il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 714) ilə 29-cu maddənin ikinci cümləsi çıxarımışdır.

 

[26] 29 iyun 2004-cü il tarixli 718-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 606) ilə 30-cu maddənin mətni yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

“Səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində deputatın əmək haqqının 80 faizi məbləğində pul təminatı alır.

Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq deputat  deputatın əmək haqqının 80 faizindən az olmayan məbləğdə pensiya alır.

Səlahiyyət müddəti dövründə baş vermiş hallarda əlaqədar sabiq deputata qarşi irəli sürülmüş ittihama görə səlahiyyət müddəti qurtarmış deputat yalnız Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilə bilər.”

 

[27] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 30-cu maddədə, ikinci-beşinci hissələr çıxarılmışdır və maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

6 mart 2018-ci il tarixli 1032-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 399) ilə 30-cu maddənin ikinci hissəsində “pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın” sözləri “deputatın, sabiq deputatın və onun ailə üzvlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[28] 29 iyun 2004-cü il tarixli 718-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 606) ilə Qanuna IV-1-ci fəsil əlavə edilmişdir.

 

[29] 3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə IV-I fəslin adından “həyat və sağlamlığının” sözləri çıxarılmışdır və “icbari” sözündən sonra “şəxsi” sözü əlavə olunmuşdur.

 

[30] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 30-1-ci maddədə "Sığorta haqqında" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.

3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 30-1. Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası haqqında qanunvericilik və sığortalılar

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.

Bu qanuna uyğun olaraq sığorta olunan deputatdır.

 

[31] 3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-2-ci maddə ləğv edilmişdir.

 

[32] 3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-3-cü maddənin birinci hissəsində “Bu qanuna uyğun olaraq hər bir deputat onun” sözləri “Sığortaolunan” sözü ilə əvəz edilmişdir.

 

[33] 3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-3-cü maddənin ikinci hissəsindən “, sığorta işinin aparılması üçün sığortaçının xərcləri də nəzərə alınmaqla,” sözləri “bu Qanunun 30-3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulan” sözləri ilə əvəz edilmişdir.

 

[34] 19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826ilə 30-4-cü maddənin birinci hissədə “əlil olması” sözləri “əlilliyinin müəyyən edilməsi” sözləri ilə əvəz edilmişdir.

3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-4-cü maddənin birinci hissəsində “sığorta olunanın” sözləri “sığortaolunanın” sözü ilə əvəz edilmişdir.

 

[35] 19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826ilə 30-4-cü maddənin ikinci hissənin 2-ci bəndinin birinci abzasında “qrupu təyin olunduqda” sözləri “dərəcəsi müəyyən edildikdə” sözləri ilə və həmin bəndin ikinci, üçüncü, dördüncü abzaslarında “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 30-4-cü maddənin ikinci hissəsinin 2-ci bəndin birinci abzasdan “dərəcəsi” sözü çıxarılmışdır.

 

[36] 22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 30-4-cü maddənin ikinci hissəsinin 2-ci bəndin ikinci abzasda “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə ” sözləri ilə əvəz edilmişdir.

 

[37] 22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 30-4-cü maddənin ikinci hissəsinin 2-ci bəndin üçüncü abzasda “II dərəcə” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə ” sözləri ilə əvəz edilmişdir.

 

[38] 22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 30-4-cü maddənin ikinci hissəsinin 2-ci bəndin dördüncü abzasda “III dərəcə” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə ” sözləri ilə əvəz edilmişdir.

 

[39] 19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826ilə 30-4-cü maddənin ikinci hissənin 3-cü bəndində “qrupu təyin olunmadan” sözləri “dərəcəsi müəyyən edilmədən” sözləri ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 30-4-cü maddənin 3-cü bənddən “dərəcəsi” sözü çıxarılmışdır.

 

[40] 3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-4-cü maddənin ikinci hissəsində “sığortalıya” sözü “sığortaolunana bu Qanunun 30-3-cü maddəsinin birinci hissəsində müəyyən edilmiş” sözləri ilə əvəz olunmuşdur və həmin hissəyə yeni məzmunda 3-1 bənd əlavə edilmişdir.

 

[41] 3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-4-cü maddənin üçüncü hissəsində “sığorta olunan” sözləri “sığortaolunan” sözü ilə əvəz edilmişdir.

 

[42] 3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-4-cü maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

 

[43] 19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826ilə 30-5-ci maddənin beşinci hissəsində hər iki halda “qrupu” sözü “dərəcəsi” sözü ilə əvəz edilmişdir.

19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826ilə 30-7-ci maddənin birinci hissəsinin 2-ci bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin olunması tarixi göstərilməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiqlənmiş surəti.

22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 30-5-ci maddənin beşinci hissəsində “nəticəsi olan əlillik dərəcəsi daha ağır əlillik dərəcəsi ilə əvəz olunduqda” sözləri “nəticəsində müəyyən edilmiş orqanizmin funksiyalarının pozulmasının daha yüksək faizi müəyyən edildikdə” sözləri ilə əvəz edilmişdir.

3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-5 – 30-7-ci maddələr yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 30-5. Deputatın sığortasının təşkili qaydası

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası sığortalı (Azərbaycan Respublikasının Milli Məclisi) üçün hər il dövlət büdcəsində bundan ötrü nəzərdə tutulmuş vəsait hesabına aparılır.

Sığorta etdirən, deputatların həyat və sağlamlığının dövlət icbari sığortasını təmin etmək üçün deputatların siyahısını sığortaçıya təqdim etməklə, dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyir.

Sığortaçı hər rüb sığortalının əvvəlki rübün icrasına dair hesabat təqdim edir.

Sığortaçı sığorta olunana və ya onun vərəsələrinə bu qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 təqvim günü ərzində verir.

Sığorta ödənişi verilmiş bir sığorta hadisəsinin nəticəsində müəyyən edilmiş orqanizmin funksiyalarının pozulmasının daha yüksək faizi müəyyən edildikdə və ya ölüm baş verdikdə, sığorta ödənişi verilərkən əvvəl ödənilmiş məbləğ çıxılır.

Maddə 30-6. Sığortaçının və sığorta olunanın hüquq və vəzifələri

Sığortaçının və sığorta olunanın qarşılıqlı hüquq və vəzifələri sığorta qanunvericiliyinə uyğun olaraq müqavilədə müəyyənləşdirilir.

Sığortaçı müqavilədə nəzərdə tutulmuş sığorta haqlarının məbləğini aldığı gündən bu qanuna və müqaviləyə uyğun olaraq sığortalıya sığorta ödənişini vermək öhdəliyini götürür.

Sığorta hadisəsi baş verdikdə sığortalı və ya onun vərəsəsi bu barədə sığortaçını xəbərdar etməlidir.

sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişini alması üçün sığorta hadisəsinin baş verdiyi gündən 3 il keçənədək sığortaçıya və ya sığortalının müraciət etmək hüququ vardır.

Maddə 30-7. Sığorta ödənişini almaq üçün tələb olunan sənədlər

Sığorta ödənişini almaq üçün sığorta olunan və ya onun vərəsələri müəyyənləşdirilmiş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığortalının deputat olması barədə arayışla birlikdə sığortaçıya aşağıdakı sənədləri təqdim edir:

1) həlak olma halında:

- sığorta olunanın ölümü haqqında şəhadətnamənin surəti;

- vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;

- deputat olarkən aldığı xəsarət nəticəsində sığorta olunan deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra 3 il müddətində vəfat etmişdirsə, yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi.

2) əlillik halında:

- Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti.

3) xəsarət alma halında:

- ağır və ya yüngül xəsarətin alınması barədə tibbi arayış.

Ağır və yüngül xəsarət növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

 

[44] 20 dekabr 2022-ci il tarixli 720-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 173) ilə 30-6-cı maddənin ikinci hissəsinin 1-ci bəndinə və dördüncü hissəsinin 2-ci bəndinə “mümkün olmadığı hallarda” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.

 

[45] 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 30-8-ci maddəsinin ikinci abzasına ”narkotik” sözündən sonra “vasitələrdən, psixotrop” sözləri əlavə edilmişdir.

3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-8-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

- sığorta hadisəsi sığortalının alkoqollu, narkotik vasitələrdən, psixotrop və ya toksiki maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

- sığortalı özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda;

- sığorta olunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda.

 

[46] 20 dekabr 2022-ci il tarixli 720-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 173) ilə 30-8-ci maddənin birinci hissəsinin üçüncü abzasına “müəyyən edildikdə” sözlərindən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

 

[47] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 30-1-ci maddənin ikinci hissəsində, 30-4-cü maddənin birinci-üçüncü hissələrində, 30-5-ci maddənin dördüncü hissəsində, 30-6-cı maddənin adında, birinci-dördüncü hissələrində, 30-7-ci maddənin birinci hissəsinin birinci, üçüncü və beşinci abzaslarında, 30-8-ci maddənin birinci-dördüncü abzaslarında ismin müvafiq hallarında "sığortalı" sözü ismin müvafiq hallarında "sığorta olunan" sözləri ilə, 30-5-ci maddənin birinci-üçüncü hissələrində, 30-6-cı maddənin dördüncü hissəsində, 30-10-cu maddənin birinci və ikinci hissələrində ismin müvafiq hallarında "sığorta etdirən" sözləri ismin müvafiq hallarında "sığortalı" sözü ilə əvəz edilmişdir.

3 dekabr 2021-ci il tarixli 417-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1316ilə 30-9 – 30-12-ci maddələr yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 30-9. Sığorta ehtiyatları

Sığortaçı daxil olmuş sığorta haqlarının 10 faizini sığorta işlərinin aparılması xərclərinə ayırmaqla qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sığorta ehtiyatları yaradır.

Maddə 30-10. Deputatın icbari sığortasının aparılmasına nəzarət və deputatın icbari sığortası qaydalarının pozulmasına görə məsuliyyət

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortasının vaxtında və düzgün aparılmasına sığortalı və dövlət sığorta orqanı nəzarət edirlər.

Bu qanunun müddəalarının pozulmasına görə sığortalının, dövlət sığorta orqanının rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 30-11. Deputatın icbari sığortası ilə əlaqədar mübahisələrə baxılması qaydası

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası ilə bağlı mübahisələrə məhkəmə qaydasında baxılır.