ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Milli Məclisin deputatları

Sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Milli Məclisi deputatı.

Sığortaolunan 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.

Sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır və sığorta ödənişləri sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir:

1) həlak olduqda – 100%;

2) aldığı xəsarət nəticəsində əlillik müəyyən edildikdə

-     orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80%;

-     orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60%;

-     orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40%;

3) əlillik müəyyən edilmədən ağır xəsarət aldıqda – 20%;

3-1) az ağır xəsarət aldıqda – 10%;

4) yüngül xəsarət aldıqda – 5%.