Övladlığagötürmə sahəsində çalışan əməkdaşlar üçün distant təlimlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin övladlığagötürmə üzrə fəaliyyət sahəsində çalışan əməkdaşları üçün distant təlimlər keçirilib.

Üç gün davam edən təlimlər zamanı iştirakçılara dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə reinteqrasiyasının təşkili ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrədilib.

Reinteqrasiya prosesində uşaqlar və bioloji valideynlərlə bağlı qiymətləndirmə alətlərindən istifadə, o cümlədən reinteqrasiya prosesinin planlaşdırılması və inkişafına dəstək komponentləri diqqətə çatdırılıb.

UNICEF-in dəstəyi ilə təşkil edilən təlimləri beynəlxalq məsləhətçi, britaniyalı mütəxəssis Hugh Salmon aparıb.