Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosial yardımında da artım davam edir.
2022-ci ilin may ayında bir ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 31 faiz artaraq 334 manata çatıb.
Ünvanlı yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib.