Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramında qadınların da fəal iştirakına şərait yaradılır.
Bu sahədə işlərin davamı kimi, paytaxt və bölgələrdə bir qrup qadına mal və materiallar formasında aktivlər təqdim edilib. Verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahəsi üzrə kiçik bizneslər yaradılıb.
Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 2 minədək işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib ki, onlardan 500-ə yaxını qadınlardır.
Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.