ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya

Rəhbərlik Nizamnamə

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya (bundan sonra – Observatoriya) əmək bazarı və sosial müdafiə sahələrində (bundan sonra – müvafiq sahə) mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan publik hüquqi şəxsdir.
Observatoriya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
Observatoriya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Observatoriyanın Nizamnaməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.
Observatoriya ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Observatoriya Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Observatoriya müstəqil balansa, əmlaka, xəzinə və bank hesablarına, loqotipə (emblemə), üzərində Nazirliyin adı və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
Observatoriya Bakı şəhərində yerləşir.