Əmək Bazarı Və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri
Elnur Novruz oğlu Səfərli
1989-cu ildə Bakı şəhərində anadan olub.
2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında İnformasiya ve hesablama texnikası ixtisası üzrə təhsil alıb. 2010-2013-cü illərdə magistr təhsilini Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə tamamlayıb.
2013-2016-ci Baki Ali Neft Məktəbində metodist işləyib. 2016-2021-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Departament direktoru vəzifəsində çalışıb. 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsində İnnovativ həllər sektorunun müdiri olub.
2022-ci ilin iyun ayında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
2023-cü ildə Milli Observatoriyanın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.