ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

İctimaiyyətlə əlaqələr şöbəsi

Əsasnamə 174.04K

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının struktur bölməsi olan İctimaiyyətlə əlaqələr şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tapşırıqların icrası ilə bağlı Nazirliyin əmr və qərarları ilə təsdiq edilmiş tədbirlər planlarının və digər tapşırıqların, mövcud qanunvericiliyə əsasən Nazirliyə həvalə olunmuş vəzifə, funksiya və səlahiyyətlərin bilavasitə icrası, mövcud sahədə fəaliyyətin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın genişləndirilməsi, kommunikasiyanın qurulması və idarə edilməsi, Nazirliyin ictimaiyyətlə əlaqələr strategiyasının (bundan sonra – PR strategiyası) və siyasətinin qurulması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Məlumat azadlığı haqqında", "Media haqqında", "İnformasiya əldə etmək haqqında", “İctimai iştirakçılıq haqqında” qanunlarını və digər qanunlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"ni və Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra - Nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının digər struktur bölmələri, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (bundan sonra – Nazirliyin struktur bölmələri), eləcə də mərkəzi və yerli icra hakimiyyəti, publik hüquqi şəxslər, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları və media subyektləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.