Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri
Himalay Qabil oğlu Məmişov
1985-ci ildə anadan olub.
2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr, 2009-cu ildə fərqlənmə ilə həmin fakültənin magistr və 2017-ci ildə Hüquq fakültəsinin doktorantura pilləsini bitirib.
2008-ci ildə əmək fəaliyyətinə Avropa İttifaqının Azərbaycan Respublikasına Texniki Yardımı üzrə Koordinasiya Bürosunda başlayıb, fəaliyyətini İqtisadi İnkişaf Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi) müxtəlif vəzifələrdə davam etdirib, Layihə İdarəetmə Qrupunun üzvü olub.
2011-ci ildə Gürcüstanda CABİR Regional Təlim Proqramını, 2013-cü ildə ABŞ-ın Georgiya Universitetində UGA təlim kursunu bitirib.
2011-2018-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsində işləyib.
2012-2013-cü illərdə həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub.
2018-ci ilin avqust ayında Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə keçirilib.
2019-cu ilin yanvar ayında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.
2019-cu ilin 1 mart tarixində Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin edilib.