Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri
Mustafa Aslan oğlu Abbasbəyli
1980-ci ildə Gəncə şəhərində anadan olub.
2000-ci ildə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsinin beynəlxalq hüquq, 2001-ci ildə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin türk dili ixtisasını bitirib.
2003-cü ildə Ankara Universitetinin Hüquq fakültəsinin xüsusi hüquq ixtisası üzrə magistr pilləsini bitirib.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda aspirant olaraq təhsil alıb, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi var.
2004-2018-ci illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə işləyib.
2018-2019-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.