Dövlət əmək Müfəttişliyi Xidmətinin rəisi
1984-cü ildə Sumqayıt şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Hazırda London İqtisadiyyat Məktəbində (London School of Economics – LSE) Dövlət idarəetməsi (Executive MPA) ixtisası üzrə təhsil alır.
2007-ci ildən “ParaBank”ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
2016-cı ildən isə “Parabokt”un sədri vəzifəsində işləyib.
2020-ci ildən 2022-ci il fevral ayınadək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
2022-ci il martın 2-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis təyin olunub.