DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru
Nigar Fikrət qızı Məmmədova
1979-cu ildə anadan olub.
Nigar Məmmədova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. O, həmçinin London Universitetinin “Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası”, Miçiqan Universitetinin “Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar” proqramlarını bitirmişdir.
Əmək fəaliyyətinə 2001-ci ildə Vergilər Nazirliyində başlayan N. Məmmədova həmin nazirliyin Beynəlxalq vergi münasibətləri idarəsində, 2003-2014-cü illərdə Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri təyin olunub.
2022-ci ilin may ayından DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsinə, 2023-cü ilin 1 sentyabr tarixindən etibarən isə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Rus, ingilis və fransız dillərini bilir.