ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

DOST İnfrastruktur Mərkəzi

Rəhbərlik

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan "DOST İnfrastruktur Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti DOST Agentliyinin Müşahidə Şurasının 24 iyun 2022-ci il tarixli 2 nömrəli qərarı ilə təsis edilib.

Cəmiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin strukturuna daxil olan, strukturuna daxil olmayan tabeliyində olan qurumlara aid tikinti obyektlərində aparılan tikinti-quraşdırılma işlərinin vaxtında, yüksək keyfiyyətlə icrasına və istifadəyə verilməsinə, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun texniki nəzarətin həyata keçirilməsini təmin edir. Bu istiqamətdə ilkin layihələndirmə, layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət, zəruri rəylərin alınması, tikinti prosesinə cəlb olunmuş podratçı təşkilatlarla koordinasiyanın təşkili və nəzarət, ümumilikdə tikinti planına uyğun olaraq işlərin vaxtında aparılmasının və tikintisi başa çatmış yeni inzibati binaların istismara verilməsinin təşkil edilməsi kimi önəmli vəzifələri yerinə yetirir.

DOST İnfrastruktur Mərkəzinin direktoru Azər Məmmədovdur.