DOST İnfrastruktur Mərkəzinin direktoru
Azər Məsim oğlu Məmmədov
1978-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub.
1999-cu ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Memarlıq fakültəsinin Memarlıq mühitinin dizaynı ixtisasını bitirib.
2005-2013-cu illərdə özəl sektorda memar vəzifəsində işləyib.
2013-2020-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin nəzdində Tikilən Obyektlərin Müdiriyyətində Texniki nəzarət qrupunun rəhbəri vəzifəsində işləyib.
Hazırki vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin direktor müavini vəzifəsində çalışıb.