DOST Çağrı Mərkəzi 142 MMC - nin direktoru
Bəxtiyar Nadir oğlu Məmmədov
Bəxtiyar Məmmədov 12 may 1976-ci ildə Masallı rayonunda anadan olub. 1993-1997-ci illərdə Mingəçevir Politexnik İnstitutunda Yerüstü nəqliyyat sistemləri, 2015-2020-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasları üzrə təhsil alıb.
Bəxtiyar Məmmədov karyerasına 1998-ci ildə 2 saylı şəhər Avtobus parkında Avtomobillərə texniki nəzarətçi və növbətçi mexanik vəzifəsi ilə başlayıb. Daha sonra Azərtrans LTD MMC, Əmlak Məsələləri Dövlət Komitəsinin “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” MMC, “Bakı Kristal Zalı” MMC kimi qurumlarda müxtəlif vəzifələrdə çalışıb.
2014-2019-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində verilənlər bazası üzrə kiçik inzibatçı, proqram təminatı qurucusu, məsləhətçi, böyük məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib. 2019-cu ildən etibarən DOST Agentliyinin Çağrı Mərkəzi 142-də qrup koordinatoru, baş koordinator, 2023-cü ilin avqust ayından isə “DOST Çağrı Mərkəzi 142” MMC-nin direktor müavini vəzifələrində çalışıb.
Bəxtiyar Nadir oğlu Məmmədov 10 may 2024-cü il tarixindən etibarən “DOST Çağrı Mərkəzi 142” MMC-nin direktoru vəzifəsinə təyinat alıb.