Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan “DOST Çağrı Mərkəzi 142” Məhdud Məsuliyyətli Cəmiyyət DOST Agentliyinin Müşahidə Şurasının 21 iyul 2023-cü il tarixli 2 nömrəli qərarı ilə təsis edilmişdir.
Cəmiyyət Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyət istiqamətlərinə müvafiq olaraq məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə çağrı mərkəzi fəaliyyətini həyata keçirir.