DOST Çağrı Mərkəzi 142 MMC - nin direktoru
Azər Allahverdi oğlu Əliyev
11 iyun 1977-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub.
Moskva Dövlət Hüquq Akademiyasını (MDHA) hüquq ixtisası üzrə bitirib. 2000-ci ildə ABŞ-nın Kolorado Universitetində 6 aylıq ingilis dili təhsili alıb, 2001-2003-cü illərdə isə Fransanın Ruel-Melmezon şəhərində yerləşən Neft Universitetində magistr dərəcəsinə yiyələnib.
1998-ci ildən 2022-ci ilədək müxtəlif dövlət orqanlarında, özəl sektorda, habelə tanınmış xarici şirkətlərdə rəhbər vəzifələrdə çalışıb, eyni zamanda bir sıra beynəlxalq layihələrin koordinatoru olub.
10 yanvar 2023-cü ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.
30 avqust 2023-cü il tarixindən etibarən “DOST Çağrı Mərkəzi 142” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun səlahiyyətləri həvalə edilib.