5 ayın sosial göstəriciləri
Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin 5 ayı ərzində 10548 müraciət olub, 530 nəfər proqrama cəlb edilib. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub.
Ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir.
Proqramın iştirakçıları DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və digər işlərdə köməklik göstərirlər.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən “Könüllü DOST” proqramı ötən dövrdə Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatlarına layiq görülüb, “Global HR Summit 2023” beynəlxalq müsabiqəsinin qalibi olub.